Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
ABŞ Əfqanıstana əlavə olaraq daha 3 min hərbçi yollayıb. Bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin aparat rəhbəri, general leytenant Kennet Makkenzi bəyan edib.
Onun sözlərinə görə, hazırda İraqda 5262, Suriyada 503 ABŞ hərbçisi yerləşir.
Daha öncə məlumat verilirdi ki, növbəti il NATO Əfqanıstan missiyasında olan hərbçilərin sayını 3 min nəfər artıraraq, onları 16 min nəfərə qədər yüksəldəcək.
Ağalar Qəribov
Ordu.az