Türkiyə, Rusiya və İranın Baş Qərargah rəhbərləri görüşəcək

2017/11/1474095832345345_1510914910.jpg
Oxunub: 467     18:28     17 Noyabr 2017    
“Rusiya, Türkiyə və İran Baş Qərargah rəhbərləri bu ölkələrin prezidentlərinin noyabrın 22-də Soçidə keçiriləcək sammiti ərəfəsində görüşəcəklər”.

Ordu.az “Yeni Safak” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Noyabrın 22-də üç ölkənin lideri Soçiyə toplanacaq. Buna qədər hazırlıq məqsədilə üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Həmçinin qərargah rəhbərləri də danışıqlar aparacaqlar. Bizim İdlib və Afrindən başlayaraq son hadisələri müzakirə etmək imkanımız olacaq”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin deeskalyasiya zonaları, həm də Rusiya və İran üçün önəmli olan 12 müşahidə məntəqəsi var.

“Afrinə gəlincə isə, bu məsələdə İranın da mövqeyini dəstəkləmirik. Çünki Hamqurda keçirilən G20 sammitində Rusiya bizə söz verdi ki, təhlükəsizliyimizə olan təhdidlərə mühüm olan məsələlərə anlayışla yanaşacaq və oradan uzaqlaşacaq”, - deyə Ərdoğan bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQ   Suriya-böhranı   Soçi  


Bizi "telegram"da izləyin