Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın “Sana” informasiya agentliyi məlumat yayıb.
“Əl-Cəzirə” əməliyyatının komandanlığı bildirir ki, İraq birləşmiş qüvvələri Əs-Saidan və Ət-Tilyal rayonlarını İŞİD terror qruplaşmasının döyüşçülərindən tamamilə təmizləyərək nəzarəti ələ keçiriblər.
Qeyd olunur ki, İŞİD-dən azad edilən rayonlarda İraq bayraqları qaldırılıb. Əməliyyat çərçivəsində terrorçuların xeyli sayda zirehli texnikası və canlı qüvvəsi məhv edilib. Həmçinin bildirilir ki, İraq qoşunları Diyala vilayətində İŞİD-ə qarşı irimiqyaslı əməliyyatı davam etdirirlər.
Ağalar Qəribov
Ordu.az