Ordu.az birgun.net saytına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib.
Ankarada keçirilən mətbuat konfransında Çavuşoğlu qeyd edib ki, hazırda bütün maraqlı tərəflərin “siyasi stabilliyə köklənməsi” mühümdür.
“Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderləri arasında üçtərəfli görüş keçiriləcək. Bu həftənin sonunda isə bu üç ölkənin xarici işlər naziri Antalyada görüşəcək. Beləliklə, biz Soçi görüşünə hazırlaşacağıq”, - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, danışıqlarda tərəflər Suriyada sülh və stabilliyin əldə olunması üçün lazımi məsələləri müzakirə edəcəklər.
Ağalar Qəribov
Ordu.az