Ordu.az xəbər verir ki, bu barədə “Milliyyet” qəzeti məlumat yayıb.
Səfər zamanı Türkiyə lideri rus həmkarı Vladimir Putinlə növbəti dəfə görüşməyi planlaşdırır.
Rusiyanın NTV kanalının məlumatına görə isə, Ərdoğan noyabrın 22-də Soçidə Suriya məsələsinə dair Rusiya, Türkiyə və İran üçtərəfli görüşündə iştirak edəcək. Vladimir Putin də həmin görüşdə iştirak edəcək.
Öz növbəsində, Kreml ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmamasına dail suala cavab verməyib.
Xatırladaq ki, bazar ertəsi Putin Soçidə yerləşən iqamətgahında Ərdoğanı qəbul edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, prezidentlər əvvəlcə ikitərəfli münasibətlərdən bəhs edib, sonra isə geniş şəkildə Suriya məsələsinə dair diskussiya aparıblar.
Ağalar Qəribov
Ordu.az