Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İraqi News” agentliyi yazır.
Bildirilir ki, qarşıdurma nəticəsində “Həşd əş-Şam”dan bir nəfər belə xəsarət almayıb. İŞİD-in daha bir əks-hücumunu isə, Anbar vilayətinin qərbində İraqın ordusunun əsgərləri dəf edib. Nəticədə, İŞİD terrorçuları səhraya doğru geri çəkilməyə məcbur olublar.
Qeyd edək ki, artıq ruslar İraq ordusunu T-90S tankları ilə təchiz olunmasına başlayıblar. Məlumata görə, İraq Silahlı Qüvvələrinin silahlanmasına 64 ədəd belə tank daxil olacaq.
Ağalar Qəribov
Ordu.az