Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün şirkətin prezidenti Aleksey Rəhmanov jurnalistlərə açıqlamasında bildirib.
“Hər şey maliyyə defisitini necə həll edəcəyimizə bağlıdır. Ümid edirik ki, qrafikdən kənara çıxmarıq”, - deyə Rəhmanov “Knyaz Oleq”in tikintisinin nə yerdə olması barədə sualı cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, gəminin suya buraxılma tarixini bir neçə dəfə təxirə salıblar.
“Knyaz Oleq” atom strateji atom raketdaşıyıcılarının yeni nəslinə aid olmaqla silahlanmasında “Bulava” ballistik raketlərinə malikdir. Bu, “Borey”/”Borey-A” sualtı atom gəmiləri layihəsinin 5-ci gəmisidir. İlk üç gəmi 955 “Borey” layihəsinə uyğun olaraq hazırlanıblar və artıq Rusiya Hərbi Dəniz Qüvvələrinin donanmasına təhvil veriliblər.
Qeyd edək ki, hər sualtı gəmi göyərtəsində 16 ədəd “Bulava” qitələrarası ballistik raketi daşımağa qadirdir. Rusiya Hərbi Dəniz Qüvvələrinin donanması üçün cəmi 8 “Borey” hazırlanması nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az