ABŞ Avropada Rusiyaya qarşı öz qüvvələrinin sayını artırmaq istəyir

2017/11/234234_1510818043.jpeg
Oxunub: 539     15:40     16 Noyabr 2017    
ABŞ Quru Qoşunlarının komandanlığı Pentaqon rəhbərliyinə Avropada yerləşdirilən Amerika qüvvələrinin sayını arıtrmağı təklif edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının generalı Mark Milli jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ qüvvələrinin bütün düyada ölçüsü və sayı onlar qarşısında qoyulan tapşırıqlara uyğun olaraq müəyyənləşdirilir. Avropada açar vəzifə, ən fundamental tapşırıq Rusiyanın qitədə yerləşən digər müstəqil suveren dövlətlərə qarşı davam edən ərazi aqressiyasının qarşısının alınmasından ibarətdir”, - deyə general qeyd edib.

Bununla belə, o qeyd edib ki, Rusiya Gürcüstana və Ukraynaya münasibətdə aqressiyaya yol verib və Avropanın digər ölkələrinə qarşı ərazi iddiasını gizlətmədiyi əməliyyatlar keçirib.

“NATO doktrinası Rusiyanın Avropada müstəqil suveren ölkələrə qarşı ərazi aqressiyasının qarşısının alınmasına yönəlib. Bu gün Avropada yerləşən ABŞ Silahlı Qüvvələrinin ölçüsü rus aqressiyasının qarşısını almaq üçün yetərlidirmi? Mənə elə gəlir ki, bu, açıq sualdır. Bizim hazırki qiymətləndirməmiz qüvvələrin sayı barədə düşünməklə düz yolda olduğumuzu göstərir”, - deyə Milli vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin