Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri quru qoşunlarının bazası Tarık İbn Ziyad hərbi kazarmalar rayonunda yerləşir.
Hökumət rəhbəri hərbi xidmətçilərlə görüşüb və şəkil çəkdirib. Daha sonra isə? Ərdoğana hərbi bazanın fəaliyyəti barədə məlumat verilib.
Ərdoğan türk hərbi xidmətçilərinə xitab edərək bildirib ki, Türkiyənin Qətərdə hərbi baza yaratmasının yeganə səbəbi regionda təhlükəsizliyun təmin edilməsidir.
“Sizin burada olmağınızın yalnız bir səbəbi var – sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti regionda münaqişələrin tezliklə həllini tapacağına, qonşu ölkələr arasında gərginliyin aradan qalxacağına ümidvar olduğunu bildirib.
Türkiyə liderinin səfəri mətbuat üçün qapalı olub.
Ağalar Qəribov
Ordu.az