İŞİD-in ən böyük “ixracatçı”ları – SİYAHI

2017/10/orig-1496938714068fb29a76938f49ea70522c9991bb6a345345_1509021929.jpeg
Oxunub: 516     21:09     26 Oktyabr 2017    
Amerikanın “Soufan Group” konsaltinq şirkəti İŞİD sıralarındakı xarici muzdlu terrorçuların sayını hesablayıb.

Ordu.az xəbər verir ki, bu barədə hesabat təşkilatın saytında yayımlanıb.

“Xilafətin hüdudları kənarında: xarici muzdlular və onları geri qayıtma təhlükəsi” adlı məlumatda bildirilir ki, terrorçuların sıralarında 3417 Rusiya vətəndaşı var.

Hesablamalara görə, Rusiya muzdluların İŞİD-ə ən çox qoşulduğu ölkədir. İkinci yerdə Səudiyyə Ərəbistanı (3224), üçüncü yerdə İordaniya (3000), ardınca Tunis (2926) və Fransa (1910) göstərilib.

Xatırladaq ki, Rusiya Milli Antitteror Komitəsinin sədri Aleksandr Bortnikov xarici müttəfiqləri terrorizmə qarşı mübarizədə daha aktiv şəkildə iştirak etməyə səsləyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Soufan-Group  


Bizi "telegram"da izləyin