Narışkin ABŞ hərbi bazalarının Ermənistan ərazisində yerləşdirilməsi ehtimalından danışıb

2021/06/iki_o-1622718094.jpg
Oxunub: 429     15:58     17 İyun 2024    
ABŞ hərbi bazalarının Ermənistan ərazisində peyda olması ehtimalını müzakirə etmək hələ tezdir.

Ordu.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

"Bu barədə danışmaq hələ tezdir", deyə Narışkin İrəvanın siyasətindəki dəyişikliklərlə əlaqədar respublikada ABŞ hərbi bazalarının peyda olmasını gözləməyə dəyərmi sualına cavabında vurğulayıb.

Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəkləri və əməkdaşlığın statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədi daşıyacağı qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Narışkin   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin