Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - YENİLƏNİB

2024/06/2162e-1718626173.jpg
Oxunub: 364     15:50     17 İyun 2024    
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov dəfn olunub.

Ordu.az xəbər verir ki, onun cənazəsi Hasıllı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Ordu.az xəbər verir ki, bu barədə "Report"a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 2000 - 2020-ci illərdə (dörd çağırış) Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirkazım-Kazımov  


Bizi "telegram"da izləyin