Netanyahu İsraildə fövqəladə hərbi kabineti buraxıb

2024/05/1715317850.jpg
Oxunub: 344     12:39     17 İyun 2024    
İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib.

Ordu.az-ın “Times of Israel”ə istinadən xəbərinə görə, o bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.

Ehtimal olunur ki, hökumət başçısı sözü gedən hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracaq.

Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin