Bloger: "Azərbaycan və Ermənistan arasında sülh sazişi COP29-dan əvvəl imzalana bilər"

2024/06/7b370-1718607386.jpg
Oxunub: 333     10:42     17 İyun 2024    
Azərbaycan və Ermənistan arasında sülh sazişi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl imzalana bilər.

Ordu.az xəbər verir ki, bu barədə bloger Adnan Hüseyn “X”də yazıb.

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca demarkasiya olunmuş ərazilərdə tikanlı məftillər çəkilib: “Çətinliklər yaratmağa çalışan bəzi daxili və xarici amillərə baxmayaraq, bu addımlar prosesin müsbət istiqamətdə getdiyini göstərir. Baş verənlər sülhün COP29-dan əvvəl və ya bu müddət ərzində imzalana biləcəyinə dair proqnozları gücləndirir”.

Qeyd edək ki, COP29 noyabr ayında Bakıda keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Sülh-sazişi  


Bizi "telegram"da izləyin