Avstraliyanın Baş naziri: "Kanberra və Pekin əməkdaşlığı bərpa edib"

2024/06/666fb-1718599433.jpg
Oxunub: 351     08:01     17 İyun 2024    
Kanberra və Pekin iki ölkə arasında münasibətləri sabitləşdirərək tərəfdaşlıqlarını yenilənib və canlandırıb.

Ordu.az xəbər verir ki, bu sözləri Avstraliyanın Baş naziri Entoni Albanese çinli həmkarı Li Tsyan ilə görüşdən sonra çıxışı zamanı deyib.

Avstraliya hökumətinin başçısı Pekin və Kanberra arasında əlaqələrin iki ölkə hökumətlərinin bir-biri ilə birbaşa işlədiyi zaman ən dinamik şəkildə inkişaf etdiyini bildirib, Avstraliya və Çin arasında dialoqun təkcə hər iki ölkənin xalqları üçün deyil, ümumilikdə Hind-Sakit okean regionu üçün əhəmiyyətini bir daha vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanberra   Pekin  


Bizi "telegram"da izləyin