Ukrayna üzrə növbəti sülh sammiti noyabrda keçiriləcək

2024/06/1718169340.jpg
Oxunub: 288     02:26     17 İyun 2024    
İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Ukrayna üzrə növbəti sülh sammitinin ABŞ-dəki prezident seçkilərindən öncə təşkil edilə biləcəyini bildirib.

Ordu.az xəbər vrir ki, bu barədə “The Guardian” yazıb.

“İsveçrədə bu həftəsonu baş tutmuş danışıqların davamı olaraq Ukraynada sülhə yol açmaq məqsədi daşıyan növbəti sammit noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərdən öncə mümkün ola bilər”, – qəzet XİN başçısından sitat gətirib.

Xatırladaq ki, bu həftəsonu İsveçrədə Ukraynanın təşəbbüsü ilə ilk sülh sammiti baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sammit  


Bizi "telegram"da izləyin