“ATƏT Qarabağ və Kəşmir münaqişələrinin həllinə yardım etməlidir” - Səna İmran (MÜSAHİBƏ)

2017/11/767207136e10d7e76851c3d32695b931_1510655088_3021355632.jpg
Oxunub: 202     20:42     14 Noyabr 2017    
Ordu.az Xəzər Universitetinin doktorantı, Pakistanın Azərbaycandakı hərbi attaşesinin həyat yoldaşı Səna İmranla müsahibəni təqdim edir.

- Yeni baş nazir Şahid Hakan Abbasinin dönəmində Bakı və İslamabadın münasibətləri necə inkişaf edir?

- Pakistan demokratik idarəetmə formasının mövcud olduğu sülhsevər ölkədir. Bizim parlament qərarları qəbul edən ali orqan hesab edilir. Beynəlxalq münasibətlərə dair bütün qərarlar milli maraqların nəzərə alınması ilə müzakirə edildikdən sonra qəbul edilir. Baş nazirin dəyişilməsi də həmin demokratik dəyişikliklərin nəticəsidir. Bu dəyişiklik institutsional qaydada baş verərək Pakistanda demokratik dəyərləri daha da möhkəmləndirdi.

Pakistanın Azərbaycanla münasibətlərinə gəlincə isə, bizi ümumi tarix, mədəniyyət, din və zəngin milli kontekst yaxınlaşdırır. Hər iki tərəfin insanlarında qarşılıqlı hörmət və sevgi var, bu isə davamlı əlaqələri təmin edir. Fikrimcə, iki ölkə arasında əlaqələr bundan sonra da uğurla davam etdiriləcək.

- Azərbaycan Ermənistanla aparılan Dağlıq Qarabağ uğrunda müharibədə göstərdiyi dəstəyə görə Pakistana, Pakistan xalqına minnətdardır. Sizcə, niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistana münasibətdə heç bir şəkildə təsir etmir?

- Bildiyiniz kimi, Pakistan dövlət kimi Ermənistanı tanımır. Biz “Xocalı faciəsi”ni soyqırım adlandırırıq. Bu il Pakistan Milli Məclisinin xarici əlaqələr üzrə daimi komitəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını tənbeh edən qətnamə qəbul edib. Bizim bu məsələdə mövqeyimiz prinsipialdır.

Ermənistan Azərbaycan torplaqlarının 20 faizdən çox ərazisini işğal edib, güc hesabına Dağlıq Qarabağın və ona bitişik 7 rayonun əhalisinin demoqrafik mənzərisinin dəyişdirilməsi siyasətini həyata keçirib. Cəbhə xəttində cəbhəyanı rayonlarda yaşayan dinc Azərbaycan əhalisinin daimi atəşə tutulması beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır.

Biz pakistanlılar azərbaycanlı qardaşlarımızın ağırısını hiss edirik, çünki bizim də Kəşmir problemimiz var. Kəşmir qitənin müəyyən hissəsinin bölünməmiş hissəsi olaraq qalmaqdadır və BMT qətnamələrinə əsasən həllini tapmalıdır. Təəssüf ki, yaşadığımız beynəlxalq sistem yetərincə ədalətli deyil və bəzən diskriminasiyaya yol verir.

Belə sistem güc dövlətlərini dəstəkləyir. Azərbaycan və Pakistanın xeyrinə qəbul edilmiş qətnamələr mövcuddur. Qəbul edilməsindən 20 və 75 il keçməsinə baxmayaraq yerinə yetirilməmiş olaraq qalmaqdadırlar. Digər tərəfdən isə, inkişaf etmiş ölkələrə münasibətdə belə qətnamələr bir neçə saat və ya gün ərzində qəbul edilib icraya yönəldilir. Bu, beynəlxalq sistemin dixotomiyasıdır (haçalanma –red).

ATƏT-in Minsk qrupu və beynəlxalq ictimaiyyət Azərbaycan və Pakistana Dağlıq Qarabağ və Kəşmir məsələlərini BMT-nin qətnamələrinə uyğun şəkildə həll etmək üçün yardım göstərməlidir. Əgər Dağlıq Qarabağ və Kəşmir problemləri həll edilməsə, Cənubi Qafqaz və Cənubi Asiya regionlarında qeyri-stabillik davam edəcək.

- Pakistan və Azərbaycan hərbi əməkdaşlıq sahəsində münasibətləri möhkəmləndirirlər. Pakistanda bu istiqamətdə əməkdaşlığı necə qiymətəndirirlər?

- Pakistan və Azərbaycan əlaqələri hərtərəfli şəkildə inkişaf etdirirlər. Biz ticarət, sənaye, energetika, təhsil, insan resursları və hərbi sahədə əməkdaşlığın yaxşılaşdırılması üzərində çalışırıq. Lakin ticarət və sənayenin inkişafı üçün böyük potensial olsa da, bu, hazırda realizə edilməmiş olaraq qalmaqdadır. Müvafiq strukturlar bu əlaqələrin möhkəmlənməsi üzərində çalışırlar.

Pakistan Azərbaycanın energetika sahəsindəki təcrübəsindən yararlanmaqda maraqlıdır. Bizim Bakıda, həmçinin İslamabadda bu il biznes-forumlarımız olub. Hərbi əməkdaşlıq sahəsində bu il Azərbaycan 10 ədəd “Super Mushshak” hərbi-təlim təyyarəsinin əldə edilməsinə dair Pakistanın “Kamra” aeronaviqasiya kompleksi ilə müqavilə imzalayıb.

Bu yaxınlarda Azərbaycana Pakistan Hərbi Hava Qüvvələri qərargahının rəhbəri səfər edib. Səfər uğurla keçdi. Biz bu ayın sonunda daha bir yüksək çinli şəxsin səfər etməsini gözləyirik. Əminəm ki, qardaş müsəlman ölkələri olan Azərbaycan və Pakistan dövlət münasibətlərinin bütün sahələrində nümunəvi dost və əməkdaşa çevrilər.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Qarabağ   ATƏT   Kəşmir  

Xəbər lenti

“ATƏT Qarabağ və Kəşmir münaqişələrinin həllinə yardım etməlidir” - Səna İmran (MÜSAHİBƏ)

2017/11/767207136e10d7e76851c3d32695b931_1510655088_3021355632.jpg
Oxunub: 203     20:42     14 Noyabr 2017    