KİV: Ermənistanın dövlət büdcəsindəki pullar Qarabağdan Ermənistana köç etmiş şəxslərin pensiyasını ödəməyə kifayət etmir

2023/10/1698307048.jpg
Oxunub: 431     19:44     02 İyul 2024    
“Məlum olur ki, Ermənistanın dövlət büdcəsində mövcud olan pullar Qarabağdan Ermənistana köç etmiş şəxslərin pensiyasını ödəməyə kifayət etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, pul problemini həll etmək üçün Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Qarabağdan Ermənistana köç etmiş şəxslərin pensiyalarını vaxtında ödəmək üçün nazirliyin büdcəsini yenidən bölüşdürməlidir.

“Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü il dövlət büdcəsində zabit heyətinin və onların ailə üzvlərinin pensiya və əmək pensiyalarının ödənilməsi üçün ilin sonuna qədər təxminən 3,6 milyard dram ödənilməlidir. Lakin Ermənistan hökumətinin ehtiyat fondunda sərbəst vəsaitlər yoxdur, əksinə, çətinliklər, makroiqtisadi risklər və onlarla mübarizə aparmaq üçün məhdud fiskal imkanlar mövcuddur, ona görə də Maliyyə Nazirliyi Əmək və Sosial Məsələlər Nazirliyinə təklif edib ki, ilin sonunadək qeyri-əsas və diskresion xərclər üzrə yenidən bölüşdürülmə təşəbbüslərindən çəkinsin və ayrılan vəsaiti Qarabağdan Ermənistana köç etmiş şəxslərə çatacaq pensiyaların ödənilməsi mümkün olacaq şəkildə idarə etsin”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   Köç   Pensiya  


Bizi "telegram"da izləyin