"Yasamal" sözünə uyğun 52 nəticə tapıldı!

Ordusuna alt paltarı çatdıra bilməyən Tonoyan müharibədə qələbə qazanacaq? – Kuznetsov

2019/04/0f9a2-4664168157.jpg
Oxunub: 2149     15:14     08 Aprel 2019    
Oleq Kuznetsov
Siyasi şərhçi, Rusiya
Xüsusi olaraq Ordu.az üçün


Aprelin 5-də Ermənistanın hökumət başçısının mətbuat xidməti, Ermənistanın Baş naziri Nikol Paşinyanın Müdafiə naziri David Tonoyan ilə birlikdə Gümrü şəhərinə gedərkən bu şəhərdə yerləşən Rusiya Müdafiə Nazirliyinin 102-ci hərbi bazasını ziyarət etdiyi barədə məlumat verdi.

Bazanın komandanlığı Ermənistanın Baş nazirinə Rusiya hərbi qulluqçuları üçün yaradılan həyat və peşə fəaliyyəti şəraitini təqdim etdi. Nikol Paşinyan hərbi bazanın muzeyini ziyarət edərək təqdim edilən eksponatlarla tanış oldu, fəxri qonaq kitabına qeydlər etdi və sonra Rusiya Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin xarici obyektinin ərazisində fəaliyyət göstərən kilsəyə yollandı.

Bu məlumatda Rusiya hərbi bazasının rəhbərliyinin Baş nazir və Müdafiə nazirinə təqdim etdikləri infrastruktur obyektlərinin siyahısı diqqəti cəlb edir, onlara hamam, əsgər klubu, muzey və kilsəni, qısacası, əsgərə qürbətdə olmadığı halda çox çətin olan hər şey göstərildi. Eyni zamanda, bu səfər zamanı Paşinyan və Tonoyana qərargah, idarəetmə və kommunikasiya kompleksi, döyüş texnikalarının saxlama məntəqələri, poliqonlar, təlim sinifləri, arsenallar, yeni silahlar və hər hansı bir özünə hörmət edən hərbçinin, xüsusilə zabit və komandirin qürur məsələsi hesab edilən obyektlərlə tanış olması barədə bir kəlmə də məlumat yoxdur.


Buna görə də məndə təəssürat yarandı ki, hərbi baza komandanlığı Cənubi Qafqazda Rusiyanın acılı müttəfiqinə əyani nümunə ilə göstərmək istəyirdi ki, əsgərlər dövlət və onun təyin etdiyi hərbi hakimiyyət tərəfindən özlərinə elementar hörməti qaytarmaq üçün bu yaxınlarda erməni ordusunda baş verən növbəti skandalın tərkib hissəsi kimi, komandirlərinə qarşı üsyan etməyə və ya nümayiş keçirməyə məcbur olan ikinci və ya üçüncü növ insanlar kimi deyil, hərbi formada olsalar belə özlərini insan kimi hiss etmək üçün hansı şəraitdə yaşamalıdır.

Rus hərbçiləri Paşinyan və Tonoyana özünə və öz vətəndaşlarına hörmət edən hakimiyyətin müdafiəçilərinə qarşı necə davranmaları və onların normal həyat və müvəffəqiyyətli xidməti üçün hansı şərait yaratmalı olduğu barədə master klass nümayiş etdirdilər.

Aydındır ki, erməni ordusu buradakı zabit və əsgərlərin həyat keyfiyyəti standartlarından Ağrıya olduğu qədər uzaqdır, yəni ora heç vaxt çata bilməzlər, yüksək tonlu lakin uşaq beşiyindəki oyuncaq kimi içi boş siyasi bir bəyanatla çıxış edtdiyiniz zaman təmamilə gülməli görünməmək üçün onlar barədə heç olmasa adekvat təsəvvürə malik olmaq vacibdir.

Paşinyan və Tonoyanın Gümrüdəki rus hərbi bazasına səfərinin məzmunu, xüsusilə Ermənistan ordusunun Azərbaycana qarşı yeni təcavüzkar müharibəyə və yeni ərazilərin ələ keçirilməsinə hazır olduğunu vurğulayan Ermənistan Müdafiə nazirinin ABŞ-dakı son bəyanatı fonunda gülünc görünür. Ermənistanın siyasi elitası erməni əsgərinin necə təhiz edilməsini və yuyunmasını təsəvvür etmirsə, onun Azərbaycana qarşı yeni müharibədə ölməyə hazır olmağından necə danışa bilər? Baxmayaraq ki, bəzi erməni əsgərləri üçün döyüş meydanında tez bir ölüm, kazarmalardakı heyvan kimi yaşayışa yaxşı alternativ kimi görünə bilər. Göründüyü kimi Ermənistan Baş naziri və Müdafiə naziri Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində Gümrüdəki 102-ci bazada müvəffəqiyyətlə ordu karantin ekspress kursunu müvəffəqiyyətlə keçiblər, onları burada şəxsi gigiyena vasitələrindən istifadə etməyi və əsgərin gündəlik həyatında çox əhəmiyyətli olan digər məsələləri (məsələn, boyunağı tikmək) öyrədiblər ki, onlar yeni əldə etdikləri bilikləri erməni silahlı qüvvələrini modernləşdirməsi və Azərbaycana qarşı yeni döyüşlərdə hazırlamaq üçün istifadə edə bilsinlər.


Hər kəs əsgəri çəkmə geyməyi öyrənə bilməz, amma hər kəs rahat divanda oturaraq ətirli Azərbaycan çayı ilə müharibə haqqında müzakirə apara bilər. Bu baxımdan, "Baharın 17 anı" filmindən bir epizod yaddaşımda canlanır, Müller rolunu ifa edən Leonard Bronevoy əfsanəvi fraza işlədir: "Bizim rəhbərlərimiz bəzən gündəlik iş praktikası olmadığı üçün özlərinin fantaziyaya qapılmasına imkan verirlər. Rəhbər göstərişlərini isə sirkdə əhilləşdirilən meymun da verə bilər.

Cənab Tonoyana isə sovet tərbiyəsinin olmaması səbəbindən bu boşluğu doldurmaq və ordunun əsgərləri üçün kifayət qədər alt paltarı olmadığı zaman müharibəni qazanmaq haqqında danışmağın əxlaqsız və mənəviyyatsız addım olduğunu başa düşməsi vacibdir. Gümrüdəki Rusiya hərbi bazasını ziyarət etdikdən sonra nəhayət bunu başa düşdüyünə ümid edirəm.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   102-baza   Paşinyan