"Tender" sözünə uyğun 159 nəticə tapıldı!

Paşinyan sonuncu nəsil zirehli avtomobillə gəzir

2019/10/15707-1571038468.jpg
Oxunub: 689     14:38     14 Oktyabr 2019    
“Dəbdəbə, utanmazlıq, mənasız xərclər, bahalı kostyumlar, dövlət büdcəsinin talanı və dövlət idarəetmə orqanlarının dost-tanışlarla doldurulmasına qarşı şüarlarla hakimiyyətə gəlmiş Paşinyan mənasız Ataxanov şüarını ölkədə yaymaq üçün tendersiz dövlət büdcəsində 100 000 dollar verir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim, Ermənistan parlamentinin sabiq deputatı Samvel Farmanyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan özü və ailəsinə yeni avtomobillərin alınması üçün 1 milyon dollar verir.

“Özünün və ailəsinin damağına uyğun olaraq evinin təmir edilmsi üçün dövlət büdcəsindən daha 2 milyon verir. Öz qardaşını və həyat yoldaşının qardaşını deputat edib, hər kəsi əmin edib ki, “xalq” “seçib”. Şəxsi təyyarə ilə ABŞ-a getməsi üçün 350 min dollar verməyindən hələ danışmıram. Bütün bunlar hakimiyyətə gəldikdən cəmi 1.5 il sonra olub.


Bu ölkədə on minlərlə təqaüdçü inanırdı və gözləyirdi ki, Nikolun hakimiyyəti altında daha yaxşı yaşayacaqlar. On minlərlə tələbə gözləyirdi və inanırdı ki, Nikolun hesabına artıq onların təhsil haqqı vermək problemi olmayacaq. On minlərlə işsiz gözləyirdi və inanırdı ki, Nikolun hakimiyyəti altında onlar da pul qazanacaqlar və ailələrini ləyaqətli saxlamaq imkanı olacaq”, - deyə Farmanyan bildirib.


O, Paşinyanın sonuncu nəsil zirehli avtomobillə gəzməsini də xatırladıb.

“Dövlət başçısının iqamətgahının bahalı şəkildə təmir olunması və mebellərin quraşdırılması barəsində mübahisə etməyə ehtiyac yoxdur, çünki... “Vətənpərvər” şüarların təbliğinin vacib olması barəsində mübahisə etməyə ehtiyac yoxdur, çünki... Şəxsi təyyarə və Zegna geyiminin düzgün olması barəsində mübahisə etməyə ehtiyac yoxdur, çünki...”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Korrupsiya