"Stoltenberq" sözünə uyğun 170 nəticə tapıldı!

“Türkiyənin NATO-ya töhfələri zəruridir” – Stoltenberq

2018/07/198495143658468561_1531206751.jpg
Oxunub: 616     11:06     10 İyul 2018    
“Türkiyə NATO-nun təhlükəsizliyin gücləndirilməsi səylərində olduqca əhəmiyyətli rol oynayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.

O, xüsusilə Atlantik okeanı boyunca Avropa daxilində iki yeni komandanlığın yaradılması prosesində Türkiyənin yardımlarının çox önəmli olduğunu vurğulayıb.

Xatırladaq ki, NATO əlavə 1200 nəfər personal işə götürməklə öz komandanlıq strukturunu gücləndirir. Onun qəbul etdiyi “dörd otuzlar” strategiyasına görə, alyans 30 mexanikləşdirilmiş batalyon, 30 hava eskadrilyası və 30 döyüş gəmisini 30 gün və daha az müddətdə döyüşə hazır vəziyyətə gətirmək imkanına malik olmalıdır.

Baş katibin Türkiyə barəsində şərhləri isə NATO-nun sabah Brüsseldə başlayacaq sammitindən öncəyə təsadüf etməsi baxımından daha vacibdir. Belə ki, Ankaranın Rusiyadan S-400 havadan müdafiə sistemləri alması alyans daxilində Türkiyəyə qarşı münasibətlərdə soyuqluq meydana gətirib.

Stoltenberq isə bu fikirləri ilə Türkiyənin bir çox səbəbdən dolayı NATO üçün böyük əhəmiyyət kəsb etdiyini xatırlatmaq istəyir. Bu, sadəcə Türkiyənin Rusiya ilə Qara dənizdə sərhədə sahib olan coğrafi mövqeyi ilə deyil, həmçinin İraq və Suriyadakı əməliyyatların koordinasiya edilməsindəki əhəmiyyəti ilə ölçülür.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: Türkiyə   NATO   Rusiya  


Xəbər lenti