"Stanislav-Zas" sözünə uyğun 43 nəticə tapıldı!

Ermənistan KTMT-də Belarusun nazmizədini dəstəkləməyə məcbur olacaq - EKSPERTLƏR

2019/03/41537-1551768421.jpg
Oxunub: 1131     10:45     05 Mart 2019    
"KTMT-də yeni Baş katibin təyinatı ilə bağlı ağır danışıqlar gedir. Bunun əsasını oyun qaydalarının aydınlaşdırılması problemi təşkil edir".

Ordu.az xəbər verir ki, bu sözləri ötən gün Emənistanın Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan erməni KİV-lərinə müsahibəsində bildirib.

Onun sözlərinə görə Ermənistan, gələcəkdə bu kimi hallar yarandığı təqdirdə qüvvədə olacaq, təşkilatın Baş katibinin təyinatı və geri çağırılması məsələsində oyun qaydalarının dəqiq olmasını istəyir.

"KTMT sənədlərində hər hansı şəkildə Baş katibin öz vəzifə borclarını yerinə yetirə bilmədiyi halda dəqiq bir qayda müəyyən edilməyib. Hazırda müddəa elə yazılb ki, necə istəsən, o cür də şərh edə bilərsən. Mövcud maddəaya əsasən, Baş katib 3 il müddətinə təyin edilir. Ancaq qeyd edilmir ki, Baş katiblik 3 il müddətinə hər hansı ölkəyə verilir", - deyə o qeyd edib.

Köçəryan bildirib ki, Ermənistan tərəfi qeyd edilən öz nümayəndəsinin səlahiyyətlərini icra edə bilmədiyinə görə, digər bir nümayəndəsinin həmin vəzifəni icra etməsini istəyir: "Onlar isə səlahiyyət müddətinin digər şəxsə verildiyini iddia edirlər. Bu mövzu ətrafında hazırda KTMT-də ağır müzakirələr aparılır. KTMT-nin sənədlərində hazırda Yuri Xaçaturovla bağlı yaranmış hallar zamanı hərəkət tərzi nəzərə alınmayıb. Oyun qaydaları aydınlaşdırılmalıdır. Problem həll edilməsə də, konkret namizədin dəqiqləşdirilməsi ətrafında işlər aparılır".


Rusiyalı ekspert Aleksandr Skakov bu məsələ ətrafında danışaraq, Ermənistan-Belarus mübahisəsində Ruiyanın hansı mövqeni tutacağını şərh edərkən qeyd edib ki, Rusiya indiyədək Ermənistan və Belarusun mövqeyini dinləməkdə davam edib və problemin qarşılıqlı razılaşma yolu ilə həllinə çalışıb.

"Digər tərəfdən Rusiya tərəfi, Baş katib məsələsi ətrafında yaranan problemə görə təşkilatın parçalanmasını istəməzdi", - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistanda "1 Mart" hadisələri ilə bağlı Yuri Xaçaturova qarşı ittiham irəli sürüldükdən sonra onun KTMT-nin Baş katibi vəzifəsindən geri çağırılması, Ermənistanın öz yeni nümayəndəsinin təyin edilməsində təkid etməsi, Belarus tərəfindən irəli sürülən namizədin təsdiq edilməklə səlahiyyətlərin vaxtından əvvəl ona verilməsi ətrafında yaranan mübahisələr hələ də öz həllini tapmayıb.

Vəziyyətin bu cür dəyişməsindən sonra Paşinyan bəyan etdi ki, KTMT-nin Baş katibi vəzifəsi məsələsi vacib məsələ deyil. O qeyd edib ki, Ermənistan üçün təşkilatın səmərəliliyi və üzv ölkələrin öz üzərinə götürdüyü qarşılıqlı öhdəliyin, bunun icra mexanzimləri ilə bağlı məsələlər vacibdir.


Fletçer hüquq və diplomatiya məktəbinin elmi əməkdaşı, erməni politoloq Suren Sarkisaynın fikrincə isə təşkilatda aydın qanun-qaydanın, razılaşmaların, mövqelərin olması və bütün bunların müqavilələrlə əksini tapması çox vacibdir.

Sarkisyan qeyd edib ki, əgər Paşinyanın dediyi kimi KTMT-nin Baş katibi vəzifəsi ikinci, üçüncü, dördüncü və hətta əllinci məsələdirsə, deməli bu vəzifənin əldə saxlanılması üçün boş yerə bu qədər səy göstərilib, boş yerə Belarusla münasibətlər gərginləşdirilib.

Onun fikrincə, yekunda Ermənistan Belarusun namizədi, Stanislav Zasın lehinə olaraq, onun KTMT Baş katibi vəzifəsində təyin edilməsi üçün məcburən səs verməli olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Belarus