"Skakov" sözünə uyğun 16 nəticə tapıldı!

Fransız və rus analitiklər: Nazirlərin Vyana danışıqlarından nə gözləmək olar?

2017/12/xin-nalbadyan256345_3025102072.jpg
Oxunub: 2587     16:58     06 Dekabr 2017    
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 6-7-də Avstriya paytaxtında keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası iclası çərçivəsində görüşəcəklər. Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da Vyanada Ermənistanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacağını bildirib.

"Dekabrın 6-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəm. Biz Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik ", - deyə Elmar Məmmədyarov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Moskvada həmsədrlərlə səmərəli danışıqlar aparılıb.

"Bunu Vyanada davam etdirməyə ümid edirik", - deyə Məmmədyarov vurğulayıb.


Yeri gəlmişkən, Elmar Məmmədyarov bənzər bəyanatları Türkiyə xarici işlər naziri ilə Bakıda keçirilən görüşündən dərhal sonra verib. Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da bildirib ki, son günlərdə Minsk qrupunun həmsədrləri ilə görüşüb.

"Mən onlara daha aktiv, həlledici və dürüst olmağın zəruriliyini söylədim və bu mövzuda dəstək verəcəyimi vurğuladım", - deyə Çavuşoğlu, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşünü xatırladıb.

Onun sözlərinə görə, görüşdə Ərdoğan bildirib ki, əgər Rusiya qətiyyətli olarsa, Qarabağ məsələsi həll ediləcək və Türkiyə bu təşəbbüsə dəstək verəcək.

Ordu.az xəbər verir ki, Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya işçi qrupunun rəhbəri, politoloq Aleksandr Skakov erməni KİV-lərinə bildirib ki, tərəflər güzəştlərə hazır olmadığından Vyanada danışıqlar elə danışıqlar naminə davam etdiriləcək.


Onun sözlərinə görə, nazirlərarası görüşlər heç bir şeyə qərar vermir, sadəcə Minsk qrupu və vasitəçilər işlərinin boşa çıxmadığına əmin olmaq üçün çalışırlar, lakin vəziyyət tənzimləmə ətrafında müzakirələrdən uzaqdır. Skakovun sözlərinə görə, hazırda tənzimləmə məsələsi ilə bağlı konsensus mövcuddur və vəziyyətin hazırkı kursu özləri, yəni tərəflər tərəfindən diktə edilir.

"Təəssüf ki, danışıqlarda irəliləyişlərin mümkünlüyünü görmürəm. Proses müharibənin başlanmasına imkan verəcək", - deyə o bildirib.

Fransız analitiki Lor Delkur isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Fransa və ABŞ-ın diqqət mərkəzindədir:


"Düşünürəm ki, Vyanada planlaşdırılan görüş fikir mübadiləsi və sülh prosesini inkişaf etdirmək üçün bir imkandır. Sadəlövh olmaq lazım deyil ki, bu görüş prosesin sıçrayışına səbəb olacaq, lakin bənzər görüşlər zəruridir. Bu cür proseslər qlobal proseslərdən başlayır, belə görüşlər zamanı yüksək vəzifəli məmurlar bir-birlərinin mesajlarını göndərirlər. Yəni, bu görüşləri qiymətləndirməmək doğru olmazdı".

"Sergey Lavrovun sözlərinə əsasən, həmsədrlər təkliflərini, paketlərini təqdim etməlidirlər, danışıqlar aparmağa çalışmalıdırlar. Lakin siyasət hələ də bu təklifləri qəbul etməyə və konstruktiv danışıqları aparmağa hazır deyil". -deyə fransız analitik bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Vyana   XİN   Qarabağ