"Saziş" sözünə uyğun 530 nəticə tapıldı!

Amerikalı əsgərlər Almaniyaya getmədən Polşada öz bacarıqlarını inkişaf etdirə biləcəklər

2019/07/0c703-1561969365.jpg
Oxunub: 371     14:02     01 İyul 2019    
“Polşanın şimalındakı Dravsko-Pomorski şəhərində ABŞ əsgərləri üçün döyüş təlimi mərkəzi yaradılacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Polşanın Müdafiə naziri Mariuş Blaşak deyib.

Onun sözlərinə görə, ABŞ ordusunun əsgərləri Almaniyaya getmədən öz bacarıqlarını inkişaf etdirə biləcəklər.

“İlin üçüncü rübündə ABŞ ilə Dravsko-Pomorski poliqonunda döyüş təlim mərkəzinin yaradılması barədə saziş imzalayacağıq. O, əsasən amerikalı əsgərlər üçün nəzərdə tutulacaq və ABŞ ordusunun əsgərləri Almaniyaya getmədən öz bacarıqlarını inkişaf etdirə biləcəklər”, - Blaşak bildirib.

Qeyd edək ki, o, daha əvvəl ABŞ və Polşanın Polşa ərazisində MQ-9 ABŞ kəşfiyyat Pilotsuz Uçuş Aparatlarının (PUA) eskadrilyasının yerləşdirilməsi barədə razılığa gəldikləri və ABŞ-ın Polşadakı hərbçi kontingentini daha min hərbçi (hazırda 4,5 min nəfərdir - red.) artırmaq niyyətində olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ   PUA