"Qazax" sözünə uyğun 1355 nəticə tapıldı!

"Rəsmi İrəvan bu məsələ ilə bağlı KTMT-yə müraciət etməyib - Zatulin

2019/11/456-1572945229.jpg
Oxunub: 390     13:10     05 Noyabr 2019    
"KTMT ölkələri terror aktlarının qarşısını almağa yönəlmiş addımlara önəm verir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyası Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin bildirib.

Jurnalistlərin Azərbaycanın guya Tavuş sektorunda dinc sakinlər istiqamətinə atəş açılmasını terror kimi (Oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində ekskovator sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu düşmən atəşi nəticəsində həlak olub-red.) qiymətləndirilib-qiymətləndirməməsi və KTMT-nin buna reksiyasının necə olması ilə bağlı verdiyi təxribatçı suala Zatulin bu cür cavab verib: "Bugünkü iclasda hesabatlardan birində qeyd edilirdi ki, Dağlıq Qarabağ münaqişə zonasında gərginlik var".

Buna cavab olaraq erməni jurnalistlər söhbətin təkcə Qarabağa aid olduğunu, yoxsa Tavuşa da aid edildiyini sual ediblər.

"Əgər Ermənistan KTMT üzvü kimi bu məsələni digər KTMT ölkələri qarşısında müzakirə etməyə ehtiyac görürsə, onun bunu etmək hüququ var, lakin mən Ermənistanın bu məsələni müzakirəyə qoymasını eşitməmişəm. Siz indi onu qaldırırsınız, lakin rəsmi İrəvan bu məsələ ilə KTMT-yə müraciət etməyib", - deyə o bildirib.

Zatulinin qeyd edib ki, KTMT-yə üzv ölkələrin bir-birlərinə qarşı öhdəlikləri var: "Rusiya Ermənistana tərəfdaş kimi baxır və bunun üzərində hücum zamanı KTMT ilə nəzərdə tutulmuş mexanizmlər işə düşəcək. Ermənistan ərazisində 102-ci hərbi bazamız yerləşir, o, burada gözəllik üçün yerləşdirilməyib".

Qeyd edək ki, 2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlamaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Zatulin