"Qalmaqal" sözünə uyğun 264 nəticə tapıldı!

Erməni polkovnikin döyülməsinə görə daha bir nəfər işdən azad olunub

2019/10/17189-1571393931.jpg
Oxunub: 788     14:58     18 Oktyabr 2019    
Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli hərbi qulluqçusunu döymək şübhəsi ilə həbs olunmuş Vayots Dzorun sabiq vilayət rəhbərinin köməkçisi işindən azad olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 8-də Ermənistanın Vayots Dzor vilayətinin sabiq vilayət rəhbəri Trdat Sarkisyanın köməkçisi Harutyun Qriqoryan işindən azad olunub.

Qriqoryan istefasını təqdim etməmişdən əvvəl Trdat Sarkisyan onun işdən çıxarılması sərəncamını imzalayıb.

Xatırladaq ki, sentyabrın 18-də Vayots Dzorun Yeğeqnadzor şəhərində qalmaqallı hadisə baş verib. Hadisə nəticəsində Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Ara Mxitaryan huşsuz vəziyyətdə Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Mxitaryana ağır bədən xəsarəti vurduğu üçün Harutyun Qriqoryan qarşı ittiham irəli sürülüb. Ona qarşı həbs qətimkan tədbiri seçilib. İstintaq Komitəsi qeyd edilən hadisədə sabiq vilayət rəhbərinin iştirakını da araşdırır.

Qeyd edək ki, hadisədən bir müddət sonra Trdat Sarkisyan istefa ərizəsi yazıb. İstefa ərizəsi isə Ermənistan hökumətinin 10 oktyabr tarixli iclasında qəbul edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Polkovnik   Döyülmə