" Paşinyan-hökuməti " sözünə uyğun nəticə tapıldı!

"Paşinyan-hökuməti" - (1707 )

Koronavirus Ermənistanda panika və hökumətdən narazılıqlar yaratmağa başlayıb - ƏTRAFLI

2018/01/IMG-20180116-WA0023_1516117354.jpg
Oxunub: 1543     15:12     17 Mart 2020    
Ermənistanda sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən işğal edilmiş Şuşa yaşayış məntəqəmizdə qondarma qurumun şəhərdə yerləşən “Şuşa həbsxanası”nın dustaqlarını gizli olaraq təxliyə etməsi, koronavirusa (COVİD-19) yoluxmuş xəstələri karantin məqsədi ilə İrəvan şəhərinin 50 kilometr şimal-şərq istiqamətində yerləşən Kotayk vilayətinin Dərəçiçək (Tsaxkadzor) şəhərində yerləşən keçmiş sovet dövründən köhnə, dağınıq və sökük halda qalmış idman mərkəzlərinin birinə yerləşdirilməsi ortaya çıxıb.

Ordu.az xəbər verir ki, yayılan məlumatlara görə Ermənistan Baş naziri Nikol Paşinyan işğal edilmiş ərazilərimizdə gələcəkdə qondarma qurum tərəfindən keçirilməsi nəzərdə tutulan “seçkilər”də dəstəklədiyi siyasi fiqurun qalib gəlməsi üçün Qarabağda bir neçə avtoritetlərlə sövdələşmə edib.

Beləliklə, N.Paşinyan koronavirusu bəhanə edərək razılığa gəldiyi avtoritetləri azadlığa buraxdıraraq onun dəstəklədiyi siyasi fiqurun opponentlərinə qarşı təzyiqlər göstərmək niyyətinddir. Eləcə də əhali arasında da virusa yoluxma kütləvi hal aldığından Üçmüədzin şəhərində bankların, dükanların və digər məişət obyektlərinin işləməməsi, bəzi müəssisələrin isə fasilələrlə fəaliyyət göstərməsi böyük müzakirə mövzusuna çevrilib.

Eyni zamanda Ermənistan vətəndaşları sosial şəbəkələrdəki səhifələrində Ermənistan ordusunda hərbi qulluqçular arasında da koronavirusun geniş yayılmasını və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən bu halların gizlədildiyi bildirirlər. Belə ki, erməni sosial şəbəkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Üçmüədzin yaşayış məntəqəsində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının hərbi qulluqçuları arasında da koronavirusa yoluxanların sayı həddindən artıqdır.

İşğalçı ordunun 10-cu dağ atıcı diviziyasının 6-cı dağ atıcı alayın komandiri xidmət yerinə gələn və yüksək hərarəti olan zabit, gizir və müddətdən artıq hərbi qulluqçuların hərbi hissəyə buraxılmaması barədə göstəriş verib. 1-ci ümumqoşun ordusunun komandirinin əmrinə əsasən tabelikdə olan hərbi hissələrdə məzuniyyət, ezamiyyət, buraxılış, kütləvi tədbirlər və valideynlərlə görüş qeyri-müəyyən vaxtadək qadağan edilib.

Lakin buna baxmayaraq erməni KİV-lərində yayılan məlumatlara görə, Ermənistan baş naziri Nikol Paşinyanın hərbi xidmətdə olan oğlu Aşot Paşinyan isə məzuniyyət götürərək Sevanda N.Paşinyanın ailəsi üçün ayrılmış yay iqamətgahında istirahət etdiyi də bildirilir. Bu da əhali arasında haqlı narazılıqlara səbəb olub.

Digər tərəfdən, Müdafiə Nazirliyi tərəfindən koronavirusla mübarizə məqsədilə lazımi tədbirlərin görülməməsi, hərbi tibb müəssisələrinin məsuliyyətsizliyi və tibbi ləvazimatların çatışmazlığı da Ermənistan ordusunun hərbi qulluqçuları arasında izdihama səbəb olub. Çoxlu sayda hərbi qulluqçu xidməti yerlərinə qayıtmaqdan imtina edir, bəziləri isə koronavirusa yoluxma qorxusunu bəhanə edərək xidmət yerlərindən qaçırlar.

Son olaraq onu da qeyd edək ki, xəbərlərdə Ermənistanla Dağlıq Qarabağ arasında “keçid məntəqələri”nin də müvəqqəti bağlandığı bildirilir. Bu arada “Youtube” portalında Üçmüədzin şəhərinə onlarla təcili tibbi yardım maşınının göndərilməsi barədə yayılan süjet valideynləri böyük təşvişə salıb. Valideynlərin koronavirusa yoluxan əsgərlərin vəziyyəti ilə bağlı çoxsaylı müraciətlərinə Ermənistan Müdafiə Nazirliyi biganə yanaşır. Ermənistanda fövqəladə vəziyyətin elan edilməsi də bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olmasının göstəricisidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Xəstə   Erməni-əsgər   Koronavirus