"Oğurluq" sözünə uyğun 81 nəticə tapıldı!

Gizlədilmiş faktlar: Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/04/34534-1554097670.jpg
Oxunub: 2325     10:34     01 Aprel 2019    
Ordu.az 2019-ci ilin matın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Mart ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si qəsdən öldürmə, 1-i mina partlayışı, 1-i xəstəlik, 1-i isə dərəyə yuvarlanma nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 10 düşmən hərbçisi (4-ü mina partlayışı, 3-ü qumbara partlayışı, 2-si döyülmə, 1-i güllələnmə) yaralanıb.

Bununla yanaşı, ən azı 2 fərarilik və 2 oğurluq faktı da aşklarlanıb.

1 mart

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında silah sursatın və hərbi əmlakın oğurlanması, satılması ilə bağlı açılan cinayət işlərinin sayı çoxalmaqda davam edir.

5-ci dağ atıcı alayın mühəndis-istehkam bölməsində xidmət edən hərbi qulluqçu Karen Sarkisyan oğurladığı partlayıcı maddəni, hərbi əşya-əmlakını və ərzağı satarkən tutulub.

Hərbi qulluqçu K. Sarkisyan balıqçılara satdığı partlayıcı maddənin puluna bölmənin bəzi məsrəflərini ödədiyini deyib.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edənlərin sayı azalmır. Hərbi hissədən qaçanların əksəriyyəti izahatlarında fərarilik etmələrinin səbəbi kimi, şəraitin acınacaqlı olduğunu göstərirlər.

Ağdam istiqamətində yerləşən düşmən ordusunun 1-ci taborunda xidmət edən Vahan Aleksanyan da hərbi hissədə mövcud olan vəziyyətə tab gətirməyərək bölmədən özbaşına qaçıb.

5 mart

Ermənistan Mərkəzi Hərbi Prokurorluğu və Müdafiə Nazirliyinin hərbi polisi tərəfindən həyata keçirilən birgə əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli arxa cəbhə hərbi hissəsinin komandiri, Baş Qərargah rəisinin əmrinə zidd olan göstəriş verib.

Belə ki, hərbi hissə komandirinin əmrinə əsasən, hərbi hissənin ərazisində tikilinin sökülməsi nəticəsində yararlı maddi vəsaitlər, dəmir-beton plitələr və tuf daşlarını, hərbi hissənin kommunal tikinti xidmətinin hesabına mədaxil etmək əvəzinə ayrı-ayrı fiziki şəxslərə satılıb.

Bundan başqa hərbi hissə ərazisində olan 2 ədəd kunq tipli hərbi əmlakın hərbi hissənin hesabında qeydə alınmadan saxlanıldığı məlum olub.

Şəxsi maraqlarına uyğun olaraq, vəzifə səlahiyyətləri aşan erməni hərbi hissə komandiri həmin kunqların qardaşı tərəfindən istifadə edilən torpaq sahəsinə aparılmasını təşkil edib.

7 mart

Martın 7-də Suriyada erməni istehkamçılarından birinin sağ ayaq pəncəsinin zədələnməsi ilə nəticələnən mina partlayışı hadisəsi baş verib.

Bu barədə Humanitar minadan təmizləmə və Ekspertiza mərkəzindən məlumat yayılıb.

Qəzanın səbəbi plastik bir əşya ilə hazırlanmış tələ minası olub. Minadan təmizləmə üzrə mütəxəssis-istehkamçı təcili hospitala təxliyyə edilib və cərrahiyyə əməliyyatı aparılıb.

12 mart

Ermənistanın şimal-şərq istiqamətində "N" saylı hərbi hissənin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü, Gümrü şəhər sakini sıravi-tibb təlimatçısı Hamlet Hraç Avaqyan dərəyə yuvarlanması nəticəsində ölüb.

Məlumata görə, erməni hərbi qulluqçu tibbi yardım göstərilməsi məqəsdilə bir döyüş mövqeyindən digərinə gedərkən sürüşərək dərəyə yuvarlanıb. Avakyan aldığı bədən xəsarətləri nəticəsində ölüb.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində təsdiqləyib.

Qeyd edək ki, 19 yaşlı erməni əsgəri 2018-ci ilin iyul ayında orduya çağırılıb. Komissarlıqdan qeyd edilib ki, onun ailəsi sosial cəhətdən ağır şəraitdə yaşayır.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrin tibb xidmətinin yarıtmaz səviyyəsi səbəbindən hərbçilər arasında xəstələrin sayı artmaqda davam edir.

Düşmən ordusunun bölmələrindən birində tibb xidmət rəisi vəzifəsində xidmət edən Aşot Sarkisov son günlər əsgərlər arasında kütləvi xəstələnmə hallarının artması və tibbi ləvazimatların çatışmaması barədə hesabat yazıb.

Tibb xidmətinin zabiti hesabatında son günlər bir neçə əsgərin sağlamlığında problemlərin yarandığı və konkret olaraq Hayk Danelyan adlı hərbi qulluqçunun ağır vəziyyətdə hospitala yerləşdirildiyini yazıb. Onun yazdığına görə, 100 hərbi qulluqçu yüksək hərarətlə müşayiət olunan su çiçəyi xəstəliyi ilə kazarma şəraitində saxlanılır və müalicəyə göndərilmələri barədə heç bir tədbir görülmür.

Bildirilir ki, hərbi həkimin yazdığı hesabatın Ermənistan müdafiə nazirliyinə göndərilməsinə hərbi hissə komandiri icazə verməyib və zabitə “dilini dinc qoymağı” məsləhət görüblər.

*****

Saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən "N" nömrəli hərbi hissənin döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli xidmət hərbi qulluqçusu əsgər Karen Artaki Karapetyan sol yuxarı çənə və döş qəfəsi nahiyyəsində dəlib keçən ölümcül odlu silah yarası alıb.

Aparılan araşdırmalar nəticəsində baş verən hadisənin səbəbləri, cinayətin törədilməsində şübhəli bilinən şəxsin kimliyi və motivlərinə dair önəmli məlumatlar məlum olub.

Əldə edilmiş kifayət qədər dəlillər əsasında, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuna qarşı dələduzluq motivləri ilə qətl törədilməsi maddəsi üzrə ittiham irəli sürülüb və ona qarşı həbs qətimkan tədbiri seçilib.

Karapetyan işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsində qulluq edib. Ailənin tək övladı olan Karapetyan 1 ildən sonra xidmətini başa vurmalı idi. O, anası və 80 yaşlı nənəsi ilə birgə Gümrüdə yaşayıb. Atasının Karapetyan doğulmadan ailəsini tərk etdiyi bildirilir.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində tibbi ləvazimatların çatışmazlığı səbəbindən hərbçilərin hospitala göndərilməsi kütləvi hal alıb.

Fevralın son beş günü ərzində 31 hərbi qulluqçu terapiya, 12 hərbi qulluqçu isə cərrahiyə bölməsi olmaqla, düşmən ordusunun 46 hərbi qulluqçusu Ağdərədə hospitala yerləşdirilib.

Bildirilir ki, adı çəkilən hərbi tibb məntəqəsinə daxil olan iki ağır xəstə reanimasiya bölməsinə yerləşdirilib, adı gizlədilən bir nəfər gənc əsgər isə infarktdan ölüb.

Yaxınları ölən hərbçinin əvvəlcədən ürək xəstəsi olmasına baxmayaraq hərbi xidmətə aparıldığını iddia edirlər.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında nizamnamədənkənar münasibətlər səbəbindən daha bir cinayət qeydə alınıb.

Dağ atıcı alaylarının birində hərbi qulluqçusu kiçik çavuş Qarnik Petrosyan üz nahiyəsindən aldığı zədələr səbəbindən hospitala təxliyə edilib.

Komandirin təhriki ilə kiçik çavuşun hamamda yıxılaraq xəsarət aldığını bildirilsə də, hərbi polisin müstəntiqi Q. Petrosyanın təhqirlərə cavab olaraq xidmət yoldaşları tərəfindən döyüldüyü qənaətindədir.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında qeyri döyüş itkilərinə səbəb olan hadisələrin qarşısını ala bilmirlər.

Postlardan birində erməni əsgərin diqqətsizliyi üzündən qumbara partlayıb.

Hadisəni törədən Arman Balayandan başqa daha iki əsgər müxtəlif dərəcəli qəlpə yaraları alıb.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında nizamnamədənkənar münasibətlərin qurbanı olanların sayı artır.

Dözülməz xidmət şəraiti, dərman və qida məhsulları çatışmazlığı ilə yanaşı, düşmən ordusunun əsgərləri həm də özbaşınalıq və nizamnamədənkənar münasibətlərə də məruz qalırlar.

Belə ki, hava hücumundan müdafiə bölmələrinin əsgəri olan Aşot Qrutyan nizamnamədənkənar münasibətlər zəminində baş verən növbəti cinayətin qurbanı olub. Qarabağdan olan erməni əsgərlər tərəfindən vəhşicəsinə döyülən A. Qrutyan tibb məntəqəsinə yerləşdirilib.

Hadisə hüququq mühafizə orqanlarından gizlədilərək ört-basdır edilir.

26 mart

Saat 18:40 radələrində İşğal altında olan Qarabağın şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz hərbi hissələrdən birində qulluq edən 1998-ci il təvəllüdlü, Xocalı rayonunun Xanabad kənd sakini, kiçik çavuş Ara Qevorki Arakelyan əsgər yoldaşı tərəfindən öldürülüb.

Hadisə nəticəsində, kiçik çavuş Andranik Komitasi Koşkanyan da sol biləyi nahiyyəsindən odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkənlərin əsgər yoldaşının (Hadrut sakini) həbs edildiyi bildirilir.

Qeyd edək ki, Ara Arakelyan ailədə iki qardaşdan biri olmaqla kiçikdir və 100 gündən sonra isə tərxis edilməli idi. Qətlə yetirilən erməni əsgərin atası Rusiyada işləyir və qətl barədə artıq məlumatlandırılıb.

27 mart

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında silah-sursatın və hərbi əmlakın oğurlanması, satılması ilə bağlı açılan cinayət işlərinin sayı çoxalmaqda davam edir.

Üçmüədzin şəhər prokurorluğunun əməkdaşı Vahaq İskandaryanın hərbi hissəyə göndəriyi məkubda deyilir ki, Ermənistan ordusunun əsgəri Rafael Hovanesyan xidmət yerindən qaçdığına görə valideynləri prokurorluğa şikayət ediblər.

Onlar bildiriblər ki, övladları mütəmadi olaraq zorakılığa və təzyiqlərə məruz qaldığı üçün bu addımı ataraq xidmət yerindən qaçmaq məcburiyyətində qalıb. Hərbi hissə komandanlığı əsgərə qarşı edilən təzyiq faktını ört-basdır etməyə çalışır.

*****

İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında qeyri-döyüş şəraitində ölüm hallarının sayı artmaqda davam edir.

1999-cu il təvəllüdlü Hayk Xudoyan adlı əsgərin günahı üzündən baş verən mina partlayışı nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər isə müxtəlif badən xəsarətləri alıb.

Ölən və yaralı hərbi qulluqçular hospitala təxliyə ediliblər.

Qeyd: Aşağıdakı faktlar ötən aylar ərzində Ermənistan ordusunda qeydə alınmış, lakin gizlədilmiş ölüm və yaralanma hadisələridir.

1) 1 yanvar-20 fevral 2019-cu il tarixləri arasında Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmədə hərbi xidmətlə bağlı olmayan 2 hal səhhəti ilə əlaqədar, 2 hal avtoqəza ilə əlaqədar olmaqla 4 ölüm faktı qeydə alınıb.

Bu hərbçilər aşağıdakılardır:

1. Q.Q. Çobanyan, müqaviləli xidmət edən çavuş - 01.01.2019-cu ildə İrəvan-Noyemberyan yolunun 141-ci km-də saat 21:30 radələrində avtomobillə qəzaya düşüb və hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

2. S.Q. Qevorkyan, gizir – 06.01.2019-cu ildə hipertoniya şoku, ürək xəstəliyi, mədə xorası diaqnozu ilə Ağdərədəki hərbi hospitala daxil olub. Saat 11:50 radələrində hospitalda ölüb.

3. X.S.Qevorkyan, müddətli xidmət hərbi qulluqçusu, əsgər – 13.01.2019-cu ildə saat 22:00 radələrində İrəvan-Meğri yolunun 374-cü km-lik hissəsində idarə etdiyi avtomobillə İran vətəndaşının idarə etdiyi yük avtomobili ilə toqquşub və hadisə yerindəcə ölüb.

4. K.T.Lalayan, polkovnik-leytenant - 24.01.2019-cu ildə saat 23:15 radələrində təcili tibbi yardım avtomobilində onun ölümü qeydə alınıb. Ölüm diaqnozu xərçəng xəstəliyi olub.


Məlumata görə, 1 yanvar-20 fevral 2019-cu il tarixləri arasında Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmədə hərbi xidmətlə bağlı olan 3 hal, hərbi xidmətlə bağlı olmayan 4 hal olmaqla 7 ölüm hadisəsi baş verdiyi halda, 2018-ci ilin eyni dövründə hərbi xidmətlə bağlı olan 6 hal, hərbi xidmətlə bağlı olmayan 5 hal olmaqla 11 ölüm hadisəsi baş verib.

Məlumata görə, müqavilə əsasında xidmət edən Q.Q.Çobanyan cari il yanvarın 1-də İrəvan-Noyemberyan avtomobil yolunda baş vermiş avtomobil qəzası nəticəsində, yanvarın 6-da hipertoniya və ürəyin işemiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən gizir S.Q.Gevorkyan isə bir müddət sonra ölüb.

Müqavilə əsasında sıravi hərbçi X.S. Gevorkyan yanvarın 13-də İran vətəndaşının idarə etdiyi yük maşını ilə toqquşub və bir müddət sonra ölüb. Polkovnik-leytenant K.T.Lalayan isə təcili tibbi yardım maşınında xərçəng xəstəliyindən ölüb.

2) 2018-ci il sentyabrın 2-də saat 21:55 radələrində Hərbi İstintaq baş idarəsinin 6-cı qarnizon istintaq şöbəsinə Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsindən məlumat daxil olub ki, həmin gün saat 21:00 radələrində hərbi hissənin müdafiə zolağında yerləşən döyüş mövqeyində rəqiblə baş verən qarşılıqlı atışma zamanı müşahidəçi olan polis qoşunlarının "N" nömrəli hərbi hissəsinin taqımlarından birinin atıcı snayperi sol çiyin nahiyyəsində odlu silah yarası alıb. Daha sonra məlum olub ki, polis qoşunlarının hərbçisi xidmətdən yayınmaq üçün özü-özünü yaralayıb.

3) Fevralın 18-də cəbhə xəttində təxribat törətməyə cəhd edən Ermənistan ordusunun müddətli məcburi xidmət hərbi qulluqçusu yaralanıb.

Bu barədə erməni KİV-lərinin sorğusuna cavab olaraq Ermənistan Baş Prokurorluğundan məlumat verilib. Yaralanma hadisəsinin harada baş verməsi, erməni hərbi qulluqçunun necə yaralanması barədə məlumat gizlədilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Yaralı   Korrupsiya