"Nar" sözünə uyğun 3559 nəticə tapıldı!

Ermənistanda hərbi hissədən oğurluq edən şəxslər azad edildi

2019/04/ermni-1555742123.jpg
Oxunub: 352     11:00     20 Aprel 2019    
Fevralın 6-da Ermənistanın Tavuş vilayət məhkəməsində hərbi hissədən oğurluq edən Hraç Xanoyan və Jirayr Vanyan adlı şəxslərin məhkəməsi keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətində dislokasiya olunan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin kommunal istismar rəisi olarkən Hraç Xanoyan öz rəsmi mövqeyindən faydalanaraq, hərbi hissənin anbarında olan 1 milyon 200 min dram dəyərində olan hərbi çarpayıların 400 ədəd dəmir başlığını mənimsəmək məqsədi ilə 2018-ci ilin aprel ayında Vanadzor şəhər sakini Jirayr Vanyanla ilkin razılaşma əldə edib.

Lakin öz iradəsindən asılı olmayaraq, razılaşmanı başa çatdırmaq mümkün olmayıb.

Vanyan isə dəmir məmulatların alqı-satqısı ilə məşğul olmaqla, hərbi hissənin anbarından oğurlanan əmlakı almağa vəd verməkdə ittiham edilir.

Hər ikisinə qarşı cinayət işi açılıb və nəticədə Tavuş məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərə qarşı amnistiya aktı tətbiq olunaraq cəzadan azad ediliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq