"Məhkəmə" sözünə uyğun 769 nəticə tapıldı!

Silah istehsal edən şirkətlər Ermənistan MN-i məhkəməyə verib? - Hovhannisyan təkzib edir

2019/08/52925-1566550615.jpg
Oxunub: 627     11:39     06 Sentyabr 2019    
“Nə ORSIS ARMS, nə də “Promtexnologiya” Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verməyib, biz belə bir iddia almamışıq və Müdafiə Nazirliyinin də qeyd edilən şirkətlərə qarşı bu kimi iddiası yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan bildirib.

Ötən həftə Rusiya mətbuatı atıcı silah növləri istehsal edən “Promtexnologiya” qrupunun üzvü ORSIS ARMS şirkətinin silah təchizatı rəqabətini əsassız ləğv etdiyi üçün Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verməsi ilə bağlı məlumat dərc edib.

“Detalları deyə bilmərəm, çünki anladığım qədər, konkret fiziki şəxslərlə bağlı bank sisteminin müəyyən cinayət işləri var, lakin konkret şirkət tərəfindən Ermənistan Müdafiə Nazirliyinin məhkəməyə verilməsi xəbəri yanlış məlumatdır, bu, həqiqəti əks etdirmir”, - deyə Hovhannisyan məlumatları təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Məhkəmə   ORSIS