" Mühəndis-hazırlığı " sözünə uyğun nəticə tapıldı!

"Mühəndis-hazırlığı" - (464 )

Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun xatirəsi anılıb - FOTO

2020/01/15790-1579086845.jpg
Oxunub: 3254     15:13     15 Yanvar 2020    
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb.

Ordu.az xəbər verir ki, rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Mərasimdə çıxış edənlər Elman Hüseynovun həyat və döyüş yolundan danışıblar. Bildirib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.


Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Həmin ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi ilə keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli 15 yanvar Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tərtər   Milli-Qəhrəman