" Lockheed " sözünə uyğun nəticə tapıldı!

"Lockheed" - (627 )

Pentaqon ABŞ-ın tərəfdaşları üçün yeni “Javelin” raketləri sifariş verib

2020/03/1200p-1583144614.jpg
Oxunub: 465     15:03     02 Mart 2020    
ABŞ Müdafiə Nazirliyi tərəfdaş ölkələrə, o cümlədən Ukrayna üçün “Javelin” tank əleyhinə raket sistemlərinin istehsalına dair yeni razılaşma imzalayıb.

Ordu.az Pentaqonun saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 18 milyon dollardan çoxdur.

Qeyd olunur ki, raketləri “Raytheon” və “Lockheed Martin” şirkətləri hazırlayacaq.

Raketlər Avstraliya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, İndoneziya, İrlandiya, İordaniya, Litva, Yeni Zelandiya, Norveç, Oman, Qətər, Türkiyə, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərdə tutulub.

Bildirilir ki, raketlərin hazırlanması üçün son tarix bu ilin iyun ayıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Javelin