"FD-2000Ş" sözünə uyğun 1 nəticə tapıldı!

Özbəkistan Çin istehsalı zenit-raket sistemini sınaqdan keçirib

2019/11/62523-1573214361.jpg
Oxunub: 859     17:38     08 Noyabr 2019    
Çinin FD-2000 (HQ-9) uzaq mənzilli zenit-raket sistemi Özbəkistanda uğurla sınaqdan keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri və Hərbi Hava Qüvvələri bölmələrinin şəxsi heyəti Navoiy vilayətində yerləşən “Kulkuduk” hərbi təlim poliqonunda hava hücumundan müdafiə raketlərinin istifadəsinə dair təlimləri uğurla keçirib.

Qeyd olunur ki, təlimlər hava hədəfləri üçün zenit-raket raketlərinin döyüş atışları zamanı hesablamaların hazırlanması, hava hücumundan müdafiə sisteminin və taktiki texnikanın və şəxsi heyətin yoxlanılması üçün həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Çin   FD-2000Ş