" Fərarilik " sözünə uyğun nəticə tapıldı!

"Fərarilik" - (105 )

Xidmət yerini özbaşına tərk edən iki erməni hərbçisi həbs edilib

2018/12/ax-20-1545826652.jpg
Oxunub: 957     10:43     27 Sentyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqdadır.

Ordu.az xəbər verir ki, bu günlərdə işğalçı ordunun fərarilik edən daha iki hərbi qulluqçusu cinayət məsuliyyətinə cəlb olunub.

Kəşfiyyat bölüyünün taqım komandiri baş leytenant Qaqik Petrosyan 3 ay ərzində xidmət yerini 3 dəfə, müddətli hərbi qulluqçu Rafik Arşaluys isə 1 ay müddətinə xidmət yerini özbaşına tərk edib.

Hər iki hərbçi barədə cinayət işi başlanılıb. Hərbi qulluqçu R.Arşaluys həbs edilib, baş leytenant Q. Petrosyanın yaxınları isə külli miqdarda rüşvət müqabilində övladlarını həbsdən qurtara biliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ