" Ermənistan-ordusu " sözünə uyğun nəticə tapıldı!

"Ermənistan-ordusu" - (8938 )

Erməni deputat: “Xaçaturovun imtinası onun dövlətçiliyin nə demək olduğunu bilməməsi deməkdir”

2020/04/maxre-1585906445.jpg
Oxunub: 1045     15:51     03 Aprel 2020    
“Biz silahlı qüvvərlərlə birlikdə əməliyyat məsələlərini müzakirə edirik. Aprel döyüşləri vaxtı ordunun idarəetmə sistemindəki çatışmazlıqları görmüşük”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, Aprel döyüşlərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan deyib.

O bildirib ki, komissiya çatışmazlıqları aşkara çıxarıb: “Bu çatışmazlıqları Seyran Ohanyanın “təhlil”ində görmüşük. Xaçaturov deyir ki, o, təhlilin altını imzalayıb. Lakin mən deyirəm ki, cavab verilməsi lazım olan suallar var. Ölmüş şəxslərin yaxınları Xaçaturovun imtina etməsinə olduqca sərt reaksiya veriblər. Xaçaturovun imtina etməsi onun dövlətçiliyin nə demək olduğunu bilməməsi deməkdir”.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçaturov   Aprel-döyüşləri