" Ermənistan-Rusiya " sözünə uyğun nəticə tapıldı!

"Ermənistan-Rusiya" - (8832 )

Erməni hərbi təşkilat sədri: “Biz orduda hər şeyi pozuruq, ordu ordu olaraq qalmalıdır”

2020/03/7-1585471228.jpg
Oxunub: 868     20:38     29 Mart 2020    
“Yaxşı şey etmək istəyirsinizsə, gəlin, bir oğlu olan və valideynini itirən ailə üçün ordunu bir il yarıma çevirək, bu şəkildə daha çox fayda verəcəyik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası zamanı “Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan həmin fraksiyadan olan digər bir deputat Andranik Köçəryanın irəli sürdüyü layihə haqqında danışarkən bildirib.

Mikayelyan təklif edib ki, hərbi qulluqçunun valideyni xidmət zamanı ölürsə, hərbi qulluqçu psixoloqların onunla işləməsi üçün ən azı bir ay döyüş növbətçiliyinə getməməlidir.

“Biz orduda hər şeyi pozuruq, mən bu cür şeylərə olduqca qarşıyam, ordu ordu olaraq qalmalıdır. Bunun tənzimləyən məsələ olacağını başa düşürsünüz? Həmçinin təklif edirəm ki, bu məsələ səsverməyə də qoyulmasın”, - deyə o qeyd edib.

Köçəryan cavab verib ki, səsverməyə qoyub-qoymamaq məsələsinə layihənin müəllifi qərar verəcək və onun məsələ ilə bağlı başqa yanaşmaları da var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Özbaşınalıq