Ordu.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, bu barədə Corctaun Universitetinin “Münaqişələrin həlli” istiqaməti üzrə magistrı Sebastyan Roblinin məqaləsində iddia edilir.
Materialda Rusiyanın yeni qırıcısının həmçinin F-22-lərlə də uğurla rəqabətə girə biləcəyi qeyd olunur.
“Radioelektron mübarizə sistemləri və yeni siahlanmaları sayəsində Su-35 öz manevr etmə bacarığına görə həm də yaxın döyüşdə üstünlük qazanır”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Su-35-lər ABŞ Hərbi Hava Qüvvələrinin stels-qırıcılarını aşarlaya bilir. Bu isə F-35-lə mübarizədə ona üstünlük yaradır. Eyni zamanda bu qırıcılar “hava-hava” tipli bir neçə raketi də eyni anda buraxmağa qadirdir. Odur ki, F-35-lər Su-35-lərlə mübarizədə ciddi problemlərlə üzləşəcək.
Ağalar Qəribov
Ordu.az