" Bulava " sözünə uyğun nəticə tapıldı!

"Bulava" - (24 )

Gələcəyə qəmgin baxış: Rusiya donanmasına "vizit kartı" - ANALİZ

2018/01/407207424345345_15145329473234_4545780990.jpg
Oxunub: 3939     01:08     07 Yanvar 2018    
Bu məqalədə Rusiya gəmiqayırma proqramlarının hazırki vəziyyətini qiymətləndirirərək 2018-2025 illərdə yeni dövlət silahlanma proqramı (DSP) çərçivəsində, o cümlədən növbəti onillikdə Rusiyanın Hərbi Dəniz Qüvvələrini nələrin gözlədiyini anlamağa cəhd edəcəyik.

Şübhəsiz ki, bu proqram rus HDQ üçün bir fiyasko idi və bütün sinifdən olan gəmilər üçün yerinə yetirilə bilməyəcəyi şübhəsiz idi. Strateji təyinatlı sualtı kreyserlər "ağcaqanad" qüvvələri istisna təşkil edirdi. 2011-2020-ci illərdə DSP çərçivəsində daxili donanmanı canlandırmaq istəyərkən yol verilən ən ciddi sistematik səhvləri də qiymətləndiririk.

Təəssüf ki, 2018-2025-ci illərdə yeni DSP-yə nələrin daxil olacağı barədə heç bir məlumat yoxdur, yalnız ekspertlərın ehtimalları və Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Vladimir Korolyevlə müsahibə var:

"Həmçinin Dövlət Silahlanma Proqramı çərçivəsində təkmilləşdirilən uzaq dəniz və okean gəmilərinin HDQ-nə axını davam edir. Bu seqmentdə ən böyük gəmi yüksək dəqiqlikli silahlarla təchiz olunan 22350M layihəli freqatdır".

Əlavə olaraq, admiral yaxın dəniz zonası üçün nəzərdə tutulan yüksək dəqiqlikli silahlarla təchiz edilmiş effektiv və yüksək döyüş qabiliyyətli gəmilərin təchizatının başlandığını da elan etdi.

Gəmiqayırma proqramının ən problemli hissəsi ilə başlayaq: sualtı nüvə raket donanması.

Hazırda altı sualtı gəmi - 667BDRM "Delfin" Strateji təyinatlı sualtı raket kreyseri (STSRK) nüvə güclərinin dəniz komponentinin əsasını təşkil edir.

Bu layihəli gəmiləri Sovet Donanması tərəfindən 1984-1990-cı illərdə istismara qəbul edilib və bu gün onların yaşı 27-33 ildir. Bu, göründüyü kimi o qədər çox deyil: ABŞ-ın "Ohayo" sualtı atom gəmisi 1981-ci ildə Donanmaya verilib və ABŞ HDQ-nin silahlanmasından çıxarılması 2027-ci ilə təyin olunub. Beləliklə, "Ohayo"nun xidmət müddəti 46 il qiymətləndirilir. Layihə çərçivəsində Amerikanın sonrakı "şəhər qatilləri"nin növbəti nəslinin 40 illik xidmət ömrü olacaq.

Yəqin ki, "vəhşi doxsanınıcı illər”in 667BDRM layihəli STSRK-ə təsiri az olmayıb, lakin indi bu tip qayıqlar daim təmir edilir və modernləşir. 2012-ci ildə "Zvezdochka" gəmi təmiri mərkəzinin direktoru Nikitin bildirib ki, "Delfinlərin" xidmət müddəti 35 ilə qədər, yəni 2019-2025 il qədər uzadılıb. Lakin onlar daha artıq istismar edilə bilər.


Bu növ gəmilər ən azı 2025-2030-cu ilə qədər xidmətdə qalacaq. Əlbəttə ki, "Delfin" texniki cəhətdən mükəmməl deyil, uzun müddətdir ki, dünyanın ən səssiz dənizaltılarından biri də deyil. Buna baxmayaraq, onlar SSRİ-də ilk, həqiqətən "görünməz" STSRK idi. Bəzi məlumatlara görə, "Superior Los Angeles" tipli bir Amerikan sualtı qayığı "Delfin"i Barens dənizində demək olar ki, heç vaxt müşahidə edilməyən ideal şəraitdə 30 kilometrdən çox deyil. Şimal hidrologiya şəraitində isə normal şəraitində 667BDRM layihəli gəmilər 15 kilometr məsafədə aşkar oluna bilər ki, buda bu tip qayıqların həyatda qalma şanslarını yüksəldir.

"Delfinlər" çox inkişaf etmiş silahlarla silahlanıb: ballistik raketlər R-29RMU2 "Sineva" və R-29RMU2.1 "Layner" (2011-ci ildə başa çatıb). "Layner" "Sineva"nın son modifikasiyası olmaqla, yerli maye "sualtı" raket istehsalının zirvəsidir. Raket yüksək döyüş gücünə malikdir və hər biri 100 kt olmaqla 10 başlığı (və ya 500 kilotonluq 4 başlığı) 8300-11500 km qədər məsafəyə daşıya bilir. Hədəfdən yayınma radiusu 250 metrdir. "Layner" "Delfin" STSRK üçün çox etibarlı bir silahdır, onu dəniz dərinliyinin bir növ Kalaşnikov tüfəngi adlandırmaq olar.

1991-ci ildə "Beqemot" əməliyyatı zamanı K-407 "Novomoskovsk" STSRK-dən R-29RM raketlərilə 14 saniyə fasilələrlə ("Sineva" və "Layner"-in sələfi) yaylım atəşi açdı. Əməliyyat tamamilə uğurlu idi və dünya tarixində ilk dəfə sualtı bir əməliyyatda 16 raket sərf olunurdu. Bundan əvvəlki rekord 667A "Navaqa" layihəli qayığa aid idi. O, arasında kiçik bir interval ilə iki dəfəyə hərəsində dörd raket buraxılışını həyata keçirib. ABŞ HDQ isə "Ohayo"dan bir dəfəyə 4-dən çox raket atmayıb.

Bu gün ümumiyyətlə 667BDRM layihəli "Delfin" STSRK ən müasir olmasalar da, lakin etibarlı və güclü bir silahdır, sualtı qayıqların yeni modellərinin istismara qəbuluna qədər ölkənin nüvə təhlükəsizliyini təmin etməyə qadirdir.

955 layihəli "Borey" STSRK. Bu qayıq növbəti, dördüncü nəslə aiddir, "Delfin"ləri əvəz etmək üçün nəzərdə tutulur. Təəssüf ki, onlar haqqında çox məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, ilk məsələ dördüncü nəsil kreyserlər inşa edilərkən onların fiziki sahələrinin və səsini azaltmaq üçün böyük işlər həyata keçirilməsidir. "Rubin" MKB-nin direktoru iddia edir ki, "Borey" STSRK səs göstəriciləri çoxməqsədli sualtı "Şuka-B"dən 5 dəfə, son amerikalı "Virciniya" ASG-dən isə 2 dəfə daha aşağıdır. Yəqin ki, bu uğur qayıqlarda ilk dəfə yerli istehsal olan suqovan hərəkət kompleksindən istifadə olunub.

Həmçinin 955 layihəsi gəmi yeni MGK-600B "Irtysh-Amphora-B-055" markalı hidroakustika avadanlığına sahib olub: standart HAK funksiyalarından əlavə (səs-küy və exopelenq, hədəf təsnifatı, hidroakustik rabitə), həm də buzun qalılığının ölçülməsi, maneələrin axtarışı, torpedaların aşkarlanması və s. həyata keçirə bilir. Eyni zamanda 220-230 km məsafədə 30 hədəfi müşayiət etmək imkanı var. Təəssüf ki, HAK-ların digər xüsusiyyətləri məlum deyil. Analiz üçün bu məlumatların olmasının faydası yoxdur, çünki onlar yeni Amerika HAK ilə müqayisə edilə bilməz. Bu, "İrtış-Amfora" öz imkanlarına görə ABŞ HDQ-nin "Virginia" atom sualtı qayıqlarından geri qalmadığı güman edilir, ancaq əminlik üçün bunu təsdiqləyəcək faktlar yoxdur.


Soyuq müharibə zamanı ABŞ sualtı qayıqları Rusiya qayıqlar HAK-a keyfiyyəti baxımından üstələyirdi, bu isə sualtı Sovet dənizçilərini əlverişsiz vəziyyətə qoyurdu. Amma səs məsələlərində XX əsrin sonlarına doğru "Şuka-B" qayıqları nəinki "Los Angeles Superior" səviyyəsinə çatdı, hətta onu üstələdiyi də ehtimal olunur. Bəzi məlumatlara əsasən, səs-küy baxımdan "Şuka-B"nin "Superior Los Angeles" və "Virciniya" arasında aralıq mövqe tutduğunu iddia etmək olar. "Şuka-B" qayıqlarından "Borey" STSRK daha səssiz olduğunu nəzərə alsaq deyə bilərik ki, bu sahədə RF ABŞ ilə paritetə nail olub və hətta irəliyə çıxıb.

QAK-ə gəlincə, burada aşağıdakıları nəzərdən keçirmək lazımdır. SSRİ çox böyük sualtı donanmaya malik idi. Ağır gəmi əleyhinə raket daşıyıcıları, Sovetlərin Hərbi Dəniz Qüvvələrinin "vizit kartı" idi. Lakin uzun məsafəli raketləri hədəflərə atəş açmaq üçün sualtı gəmilər xarici hədəf göstərməyə ehtiyac duydular.

SSRİ-də bu məqsədlə kosmik kəşfiyyat və hədəf təyin edən "Legenda" sistemi yaradıldı. Lakin təəssüf ki, müxtəlif səbəblərdən bu sualtı qayıqlara hədəf göstərmə üçün effektiv vasitə olmadı. Eyni zamanda, bu problemi həll edəcək aviadaşıcılarda uzaq radiolokasiya aşkaretmə təyyarələri də yox idi. 1962-ci ildə inşa edilən Tu-95PTS təyyarələri də bu problemi həll edə bilmədi və 80-ci il üçün bu artıq köhnə hesab olunurdu.

Sonradan xüsusi uzaq radiolokasiya aşkarlanması üçün 958 layihəli "Amfalin" sualtı qayığını inşa etmək qərara alındı. Lakin sonunda RF HDQ bu qayığı da əldə edə bilmədi. Bu qayıqlara sualtı vəziyyətə 600 kilometr radiusda tam nəzarət etmək funksiyasını həyata keçirə bilmək tapşırığı verilib. Bu qayığın yaradılması sualtı qayıq inşaatında inqilaba səbəb ola bilərdi. Bu imkanlara malik HAK yaradılması real görünmür. Çünki aşkaretmə məsafəsi hidroloji vəziyyətdən çox asılıdır: məsələn, ideal şəraitdə eyni sualtı gəminin HAK hədəfləri 200 kilometr məsafədə aşkar edə bilər. Barents dənizində isə eyni hədəfi 30 kilometr məsafədə belə aşkar edə bilməz.

Lakin 958 layihəli "Amfalin" haqda yalnız bir şey demək olar: onun HAK sistemi sualtı "Antey" və "Şuka-B" qayıqlarında mövcud olan sistemlərdən çox daha inkişaf etmiş və güclü idi. Sırf bu kompleksin əsasında yaradılan "İrtış-Amfora" akustika kompleksləri 4-cü nəsil "Borey" və "Yasen" sualtı qayıqlarına quraşdırılır.

Nəticədə, "İrtış-Amfora"nın xüsusiyyətləri üçüncü nəsil sovet gəmilərindən daha yüksəkdir. Eyni zamanda, HAK baxımından Amerikanın sonuncu "Virciniya" qayıqları "yerində saydılar", buna baxmayaraq parlaq və möhtəşəm (lakin çox bahalı) nüvə sualtı "Sea Wolf" yaratdılar. Amerikalılar sonra daha ucuz və mükəmməl silahlardan bir qədər daha zəif silahlara malik gəmilər əldə etmək istədilər. Nəticədə, "Vircinia" "Sea Wolf" silahlanmasında istifadə olunan HAK AN/BQQ-10 kompleksini silahlanmaya qəbul etdilər. Eyni zamanda, yüngül yan hidroakustik antenləri də "Virginiya" əldə etdi. Ümumiyyətlə, əlbəttə ki, amerikalılar öz HAK-ı yaxşılaşdırırlar, lakin yenə də prinsipial yenilik hələ ortaya çıxmayıb.


Rusiya gəmiqayırma şirkətlərinin məlumatlarına görə, "İrtış-Amfora" imkanlarına görə, Amerikanın "Virginiya" qayığının HAK-dən geri qalmır. Bunu təsdiq və inkar etmək çətindir. Lakin səs-küy və aşkaretmə baxımından "Borey" STSRK ABŞ-ın yeni nüvə sualtı gəmiləri ilə müqayisə oluna biləcək səviyyədədir.

Bu layihələr daim təkmilləşir. 1996, 2004 və 2006-cı illərdə qurulan ilk üç gəmi 955 layihəsi çərçivəsində inşa edilib. Lakin növbəti beş layihə yeni, müasir "Borey-A" layihəsinə əsaslanır. Bu tamamilə təəccüblü deyil, çünki 955 layihəsi ötən əsrdə yaradılıb və bu gün RF daha qabaqcıl qayıqlar yarada bilər. Lakin əlavə olaraq mətbuatda "Borey-B" layihəsi haqqında mətbuat məlumat yayılıb, ola bilər ki, növbəti (və son) iki qayıq daha inkişaf etmiş layihə əsasında qurulacaq.

955 layihəsinin ilk qayıqları durğunluq illərində 90-cı və 2000-ci ilin əvvələrində inşa edildi. Onlar dənizçilərin gözləntilərini tam doğrultmadı. Məsələn, məlumdur ki, "Aleksandr Nevski", "Vladimir Monomax" və "Yuri Dolgoruki" qayıqları yaradılanda yarımçıq "Şuka-B" və "Antey" qayıqlarının korpus hissələrindən istifadə olunurdu.

Lakin hər halda, "Borey-A" və "Borey-B" tipli bu qayıqların sələfləri 667BDRM layihəli "Delfin"dən daha mükəmməl olacaqlarını və döyüş potensialını tam göstərə biləcəklərini gözləmək olar.

Lakin sualtı qayıq nə qədər mükəmməl olsa da, onun əsas təyinatı silahların quraşdırılması üçün bir platforma olmaqdan ibarətdir. 955 layihəli STSRK-lər donanmanın, bərk yanacaqlı R-30 "Bulava" ballistik raketlərini aldılar. "Borey" qayıqlarından əvvəl sovet STSRK maye yanacaq ilə çalışan raketlər daşıyırdı.

Əslində, hər iki yanacağın həm müsbət, həm də mənfi cəhətləri var. Məsələn, maye yanacaqlı raketlər böyük bir impulsa malikdir, bu isə daha uzun bir məsafəyə daha çöx "yük" daşımağa imkan verir. Lakin eyni zamanda, bərk yanacaqlı raketlərin bir çox üstünlükləri onların sualtı qayıqlarda yerləşdirilməsi üçün əsas verir.

Birincisi, bərk yanacaqlı raketlər maye raketlərə nisbətən daha kiçik ölçülərə malikdir və bu, əlbəttə ki, bir sualtı üçün çox vacibdir. İkincisi, saxlanılan zaman qatı yanacaqlı raketlər daha təhlükəsizdir. Maye raket yanacağı son dərəcə toksikdir və rakerin korpusunun zədələnməsi zamanı sualtı qayığın bütün heyəti təhlükə altına düşür. Təəssüf ki, dənizdə hər şey, o cümlədən gəmilərin toqquşması baş verə bilər. Bu zaman belə bir zərərin olmayacağına zəmanət vermək mümkün deyil.


Üçüncüsü, bərk yanacaqlı raketin sürətlənmə məsafəsi maye yanacaqlı raketlərdən daha qısadır, bu isə ballistik raketın buraxılma anında məhv edilməsi üçün çox vacibdir. Və nəhayət, dördüncüsü, bərk yanacaqlı raket "quru start"la buraxılır (barıt qazları QBR suyun səthinə atır və raket mühərrikləri işə düşür), maye yanacaqlı raketlərin isə buraxılışından öncə şaxtalar dəniz suyu ilə dolduqdan sonra start verilir. Suyun doldurulması böyük səs-küyə səbəb olur ki, bu da qayığın özünü biruzə verməsinə səbəb ola bilər.

Buna görə, strateji cəhətdən donanma üçün bərk yanacaqlı raketlərə keçid düzgün hesab edilməlidir. Yeganə sual, bu keçid praktikada necə müvəffəqiyyətli oldu.

Yəqin ki, "Bulava" raketlər bütün postsovet dövründə ən çox tənqid olunan silah sistemi oldu. Əksəriyyətlə, onlara qarşı iki əsas şikayət var idi:

1. TTX-də "Bulava" raketi ABŞ Donanmasının "Traydent" raketlərindən geri qalır;
2. "Bulava" raketinin texniki etibarlılığı olduqca aşağıdır.

İlk nöqtədə "Bulava"nın texniki xüsusiyyətləri hələ də məxfidir və açıq mənbələr tərəfindən verilən məlumatlar qeyri-dəqiq ola bilər. Məsələn, uzun müddət "Bulava" raketinin maksimum üçüş məsafəsi 8000 km olduğu və "Trident II D5" raketinin isə 11 min 300 kilometr uçduğu fərz edilirdi. Lakin sonrakı testlər zamanı "Bulava" başlatma məntəqəsindən 9000 kilometrdən çox hədəfləri vuraraq açıq mənbələrin məlumatlarını yalanladı. Eyni zamanda, bəzi mənbələrə görə, "Trident II D5" raketi 11 min kilometrdən çox aralığa yalnız "minimum konfiqurasiyada" sahibdir. Məsələn, 8 döyüş başlığı ilə atəş məsafəsi 7,800 kilometrdən çox ola bilməz. Unutmayın ki, Amerika raketinin çəkisi daha çoxdur - 36,8 ton "Bulava", 59,1 ton isə "Trident II D5"çəkisidir.

"Bulava" raketləri və "Trident"ləri müqayisə edərkən nəzərə almaq lazımdır ki, Amerikalılar uzun müddətdir ki, bərk yanacaqlı raketlər istehsal edirlər. Rusiya isə bu istehsala yeni başlayıb. Təbii ki, amerikalıların raketləri daha mükəmməldir. Lakin istənilən silah "dünyada ən yaxşı və ya ən pis" mövqeyindən deyil, hansı məqsədlər üçün istehsal edilib və bu məqsədləri yerinə yetirə bilmək mövqeyindən qiymətləndirilməlidir. R-30 "Bulava"nın xüsusiyyətləri ABŞ ərazisində bir çox hədəfləri məhv etməyə və eyni zamanda RƏM sistemini müasir manevr edən bloklar vasitəsilə dəf etməyə imkan verir.

"Bulava"nın texniki etibarlılığına gəlincə, raketin bir sıra uğursuz buraxılışları geniş ictimai müzakirələrin mövzusu oldu.

İlk iki başlanğıc normal keçdi (çəkiölçmə modelinin ilk buraxılışı nəzərə alınmır), lakin bundan sonra 2006-cı ildə üç ardıcıl buraxılış uğursuz oldu. İstehsalçılar kiçik bir zaman istədilər, sonra 2007-ci ildə bir və 2008-ci ildə iki dəfə sınaq atışları keçirildi. Maraqlı olanların hamısı uğurlu oldu, 9-cu (2008-ci ilin sonunda), onuncu və onbirinci sınaqlar isə (2009) qəza ilə bitdi.

Daha sonra layihə tənqidinin "sunami"si meydana gəldi. Qeyd etmək lazımdır ki, bunun üçün səbəblər var idi: on bir buraxılışdan 6-sı qəza ilə başa çatmışdı! O vaxtdan bəri R-30 "Bulava" ictimai şüurda, "küləyi qarşı uçmayan raket" etiketini daimi olaraq özünə yapışdırdı.


Lakin aydın olmalıdır ki, "Bulava"nın testləri hələ də bitməyib. Sonuncu uğursuzluq seriyasından sonra 16 daha buraxılış həyata keçirildi, onlardan biri yalnız uğursuz oldu. Beləliklə, yalnız 27 ədəd buraxılış keçirilib, onlardan 7-si ya da 26 faiz uğursuz olub. "Bulava"nın statistikası 941 layihəli "Akula"nın superqiqant raketlərindən daha yüksəkdir. R-39 raketlərinin ilk 17 uçuşunun yarısından çoxu (bəzi mənbələr tərəfindən 9 göstərilir) uğursuz olub, ancaq sonrakı 13 buraxılışdan yalnız iki dənəsi uğursuz olub. Belə ki, 30 buraxılışdan 11, yaxud 37 faizi uğursuz olub.

Bütün bunlarda sonra R-39 raketləri çox etibarlı bir silaha çevrildi, 1998-ci ildə "Tayfun" STSRK-dən bir dəfəyə tam 20 ədəd R-39 raketi buraxıldı.

"Bulava" testlərinin nəticələri Amerikanın "Trident II D5"-in analoji nəticələrindən çox fərqlənmir. ABŞ raketinin 28 dəfə buraxılışı həyata keçirilib, beşi uğursuz olub. Rusiyanın "Bulava" raketlərinin aşağı keyfiyyətdə olmasının əsas səbəblərindən biri də 90-cı illərdə belə layihələrin zəif maliyyələşdirilməsi idi.

Yuxarıda göstərilənlərdən bəlli olan odur ki, "Bulava", STSRK "Borey" ilə uyğunlaşaraq güclü və etibarlı bir silaha çevrilib. Üumiyyətlə qeyd etmək lazımdır ki, Rusiya Federasiyası sualtı daşıyıcılarının yeni nəsil gəmilərlə planlı dəyişdirilməsinə müvəffəq olub. 955 layihəli 3 STSRK silahlanmadadır, 955A layihəsi ilə qoyulan beş gəminin tikintisinin başa çatdırılması isə 2018-ci ildən 2020-ci ilə qədər gözlənilir.

Əslində müddətləri bir az daha sonraya, 2025-ci ilədək uzatsaq belə, səkkiz yeni gəminin istifadəyə verilməsi, 667BDRM layihəli "Delfin" qayıqlarının istismardan çıxarılmasından öncə baş verəcək. Qalan iki gəminin (ehtimal ki, 955B layihəsi) 2020-ci ilədək təməli qoyulacağını düşünsək, onda cəmi on gəmi qəbul ediləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDQ   Delfin   Borey