" Balasanyan " sözünə uyğun nəticə tapıldı!

"Balasanyan" - (75 )

Ermənistan hakimiyyəti Balasanyanı təcrid etmək istəyir - Paşinyan işə qarışa bilər

2019/05/0-=0--1557743700.jpg
Oxunub: 650     14:01     16 Oktyabr 2019    
Bir neçə gün bundan öncə qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan “Sasna Tsrer” qruplaşmasının fəaliyyəti haqqında danışaraq bildirib ki, 2016-cı ildə terrorçuları bağışlayıblar, indi isə Paşinyanın timsalında ona, xalqa, dövlətə, dövlətçiliyə, sərhədlərə və “Qarabağ hakimiyyəti”nə (qondarma qurum-red.) qarşı “təcavüz” etmək istəyən insanları fiziki cəhətdən məhv edəcəklər.

“Nikol Paşinyan və o terror qruplaşması bir bütövdürlər, bu, bir terror qruplaşmasıdır, biri silahla, digəri qələmlə hakimiyyəti ələ keçirib. Mən ucadan deyirəm, qoy Nikolun qürurlu vətəndaşları eşitsinlər, bütün ermənilər də qulaq assın və bir an öncə addım atsın”, - deyə Balasanyan Paşinyanı bir an öncə istefa verməyə çağırıb.

Balasanyanın açıqlamasından sonra ona qarşı media kampaniyası başlayıb. Paşinyanın bütün təbliğat maşını Balasanyanı qaraltmaq üçün işə salınıb. Bu proses təhqir və təhdidlərsiz də keçməyib.

Məlumata görə, Ermənistan hakimiyyəti Balasanyanın bu açıqlamasını cavabsız qoymamaq qərarına gəlib. Onu cəzalandırmağa qərar veriblər. Balasanyanı hər hansı bir cinayət işinə təqsirləndirilən şəxs kimi qarışdırmağa calışırlar.

Lakin hakimiyyət ciddi problem qarşısında dayanıb. Balasanyan Qarabağda yaşayır və “yerli hakimiyyət” olmadan ona qarşı fəaliyyətlər həyata keçirmək olmaz. Qarabağdakılar isə Ermənistan hakimiyyətinin Balasanyanın qazandığı nüfuza icazə verilməməsi tələbini çətin ki, həyata keçirə bilsin.

Şayiələr var ki, Balasanyanı Ermənistan hakimiyyətinə təhvil vermək prosesinin baş tutması üçün hətta Paşinyan da Qarabağa gedə bilər. Balasanyanı təcrid etmək onun şəxsi məsələsinə çevrilib.

Əlbəttə, Ermənistan hakimiyyəti Balasanyanı bundan sonra bu cür bəyanatlar verməməyə inandıra bilsə, hadisələr bu ssenari ilə inkişaf etməyə bilər. Bu istiqamətdə də işlərin görüldüyü bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Terror   Balasanyan