"Böhran" sözünə uyğun 1032 nəticə tapıldı!

Amerikalı komandan: “Maduro getdikcə təcrid olunur”

2019/10/810a1-1570263377.jpg
Oxunub: 570     12:15     05 Oktyabr 2019    
“Venesuela prezidenti Nikolas Maduro yavaş-yavaş hakimiyyətini itirir. O, Kuba və Rusiya kimi ölkələrə, hətta narkotik kartellərinə güvənərək vəzifəsində qala bilir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Cənub Komandanlığının komandiri, admiral Kreyq Feller bildirib.

O qeyd edib ki, Venesuelanın təcrid edilməsi siyasəti öz təsirini göstərib.

“ABŞ hökuməti hakimiyyətin Xuan Quadionun başçılıq etdiyi müvəqqəti hökumətə demokratik formada keçməsi üçün çalışır”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və 50-dən çox ölkə Maduronu prezident postundan imtina etməyə çağırıb və əvəzinə müxalif lider Xuan Quadionu ölkə rəhbəri olaraq tanıyıb.

Venesueladakı böhran başladıqdan sonra müxtəlif ölkələr tərəfindən ölkəyə geniş miqyaslı iqtisaqdi sanksiyalar tətbiq edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maduro   ABŞ