"Aegis" sözünə uyğun 99 nəticə tapıldı!

Yaponiyanın “Aegis”ləri yerləşdirəcəyi bazalar narazılığa səbəb olub

2018/12/13442-1544531551.jpg
Oxunub: 1168     20:30     11 Dekabr 2018    
Yapon dənizinin sahilində Honşu adasının şimal-qərbində yerləşən və “Şimala gedən Ensiz Yol” adlandırılan Akita uzun müddətdir Tokyo tərəfindən “Aegis Ashore” sistemlərinin yerləşdiriləcəyi məntəqə olaraq düşünülür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumət nümayəndələri məlumat verib.

Məlumata görə, bu məqsəd üçün Akitanın 3 km yaxınlığındakı Yerüstü Müdafiə Qüvvələrinin təlim məntəqəsi nəzərdə tutulub. Lakin bu ərazinin yaşayış məntəqələrinə, məktəb və xəstəxanalara yaxın olması yerli əhali tərəfindən narazılıqla qarşılanıb.

Bu səbəblə sistemlərin Yamaquçidəki Mutsumi təlim zonasına yerləşdiriləcəyi düşünülür.

Qeyd edək ki, 2018-ci ildə Müdafiə Nazirliyi tərəfindən çap edilmiş Ağ Sənəddə qeyd olunur ki, “Aegis” sistemləri Yaponiyanın müdafiə gücünü bənzəri görülməmiş şəkildə gücləndirəcək, yalnız dənizdən deyil və qurudan gələn raketlərin də qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aegis   Yaöponiya