" ATƏT " sözünə uyğun nəticə tapıldı!

"ATƏT" - (1046 )

Erməni partiya sədri: “Həmsədrlərin Türkiyə XİN rəhbəri ilə görüşü erməni diplomatiyasının ciddi uğursuzluğudur”

2020/03/Reute-1583315682.jpg
Oxunub: 890     17:51     04 Mart 2020    
“Azərbaycan və Türkiyə daim Türkiyənin Qarabağ münaqişəsinin nizama salınması prosesində daha aktiv rol oynaması məsələsində səy və resursunu əsirgəməyib”.

Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan öz “Facebook” səhifəsində Türkiyə Xarici İşlər naziri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünə toxunaraq qeyd yazıb.

O, xüsusilə qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyənin Xarici İşlər naziri ilə görüşünü erməni diplomatiyasının ciddi uğursuzluğu hesab edir.

“Azərbaycan və Türkiyə daim Türkiyənin Qarabağ münaqişəsinin nizama salınması prosesində daha aktiv rol oynaması məsələsində səy və resursunu əsirgəməyib. Suriyanın şimalında vəziyyətin gərginliyi fonunda Türkiyə geosiyasi proseslərdə regional iştirakını genişləndirərək Qarabağı Yaxın Şərq dolaşığının tənzimlənməsi gündəminə daxil etməyə çalışır. Bundan əvvəl Ərdoğan Bakıda Əliyevlə görüşmüşdü və Qarabağ problemi də ikitərəfli gündəmdən kənarda qalmamışdı. Bizi çox çətin zamanlar gözləyir”, - deyə Qazinyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qarabağ