"ABŞ-Rusiya" sözünə uyğun 2609 nəticə tapıldı!

“Trident” nüvə raketləri sınaqdan keçirilərkən meksikalılar həyəcan keçirib

2019/10/19376-1570443062.jpg
Oxunub: 1441     17:08     07 Oktyabr 2019    
ABŞ-da raket sınaqlar zamanı onların səmada yaratdığı mənzərə Meksikaya uçan bir təyyarənin sərnişinlərini heyrətə gətirib.

Lakin sərnişinlər inanılmaz mənzərənin bütün ölkələri nüvə başlığı ilə məhv edə biləcək “Trident” raketi olduğunu başa düşmədilər.

“USS Nebraska” sualtı qayığı tərəfindən ballistik raketin sınaq atəşi Tijuana uçan Meksikalı bir təyyarənin ekipajı tərəfindən videoya çəkilib.

Kaliforniyanın cənub sahillərində yerləşən Nebraska, 4-6 sentyabr tarixləri arasında ən azı dörd “Trident II” ballistik raketi atıb.

“Trident II” və ya D5 adlandırılan raket 60 il əvvəl yaradılan “Trident” sualtı ballistik raket seriyasındakı altıncı nəsildir. Bu raketlər sualtı qayıqlardan buraxılır.

Hər D5 raketinin hazırlanması 30,9 milyon dollara başa gəlir. Hazırda onlar yalnız ABŞ və Böyük Britaniya sualtı qayıqlarında yerləşdirilib.

ABŞ Rusiya ilə silah yarışında “Trident II”nin daha hədəfli, daha az dağıdıcı döyüş başlıqları olan yeni versiyasını istehsal etməyə hazırlaşır.


Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trident   Meksika   ABŞ