"ABŞ" sözünə uyğun 10108 nəticə tapıldı!

“Defender-Europe 20” təlimlərində ABŞ ordusunun 20 min hərbi qulluqçusu iştirak edəcək

2019/12/wire--1575964286.jpg
Oxunub: 331     17:50     10 Dekabr 2019    
ABŞ ordusu Avropaya son 25 ilin ən böyük qoşun yerləşdirməsini planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gələn il baş tutacaq “Defender-Europe 20” manevrlərində 10 ölkədən 37 minə yaxın hərbi qulluqçu iştirak edəcək.

Qeyd olunur ki, təlimlərdə ABŞ ordusunun 20 min hərbi qulluqçusu, tanklar, artilleriya və nəqliyyat vasitələri də daxil olmaqla 13000 ədəd texnika iştirak edəcək.

Bildirilir ki, təlimlərin məqsədi ABŞ ordusunun NATO-ya dəstək verməsi və hər hansı bir böhrana reaksiya verməsi üçün böyük bir qüvvəni tez bir zamanda yerləşdirmə qabiliyyətini nümayiş etdirməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Təlim