"102-baza" sözünə uyğun 342 nəticə tapıldı!

Rusiyanın Ermənistanda hərbi mövcudluğu Tiflisi təhdid edir?

2019/01/45654-1546867037.jpg
Oxunub: 1135     15:12     02 Noyabr 2019    
“Rusiyanın Ermənistanda hərbi mövcudluğunun güclənməsi Gürcüstan üçün real təhlükədir”.

Ordu.az xəbər verir ki, bu, Gürcüstanın “Rezonans” qəzetində dərc edilən məqalədə qeyd olunub.

Qəzetin qeydinə görə, Rusiya və Gürcüstan arasında hərbi qarşıdurma vəziyyətində Gümrüdə yerləşdirilən 102-ci rus hərbi bazası Gürcüstana qarşı istifadə olunacaq.

Hərbi analitik Vaxtanq Mayisayan qəzetə bildirib ki, Rusiya hərbi bazasının yerləşdirilməsi nəzərə alınmaqla Gürcüstan mümkün hədəfə çevrilir.

“Bənzər sxemlə Rusiya Abxaziyada da fəaliyyət göstərir, beləliklə Gürcüstan faktiki olaraq halqa içərisindədir”,- deyə ekspert bildirib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya və Gürcüstan arasında yeni hərbi əməliyyatlar halında təhlükə var. Belə ki, qarşıdurmanın baş verəcəyi təqdirdə rus qoşunları Ermənistandan Gürcüstanın Samtsxe-Cavaxeti rayonuna doğru hərəkət edəcək və Borjomi dərəsinə daxil olacaq.

Qəzetin məlumatına görə, bundan sonra rus qüvvələri Abxaziya və Cənubi Osetiyada yerləşdirilən rus hərbçilərinə qoşulacaq.

“İlk zərbə Tiflisə, daha sonra çox güman ki, Kutaisi və Zuqdidi istiqamətində olacaq, Batumiyə zərbə endirilməsi variantı da istisna edilmir”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-baza   Gürcüstan