" İnqilab " sözünə uyğun nəticə tapıldı!

"İnqilab" - (361 )

Ermənistanın daha bir sabiq MTX direktorunun həyatı təhlükədədir

2019/09/00-33-1568712180.jpg
Oxunub: 1826     09:47     18 Yanvar 2020    
Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinin fəal təşəbbüsü və rolu ilə Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyanın mümkün siyasi iddiası kəskin şəkildə əhəmiyyətli dərəcədə vurğulandı və bununla da Paşinyanın zəif yerini ictimai şəkildə ortaya qoydu.

“Başqa sözlə, Paşinyanın, hətta ailəsini də ona qarşı mübarizəyə cəlb etməklə Vanetsyandan ehtiyat etdiyini, hətta qorxduğunu demək olar. Səbəblər haqqında yalnız fərziyyələr söyləmək olar. Ancaq Vanetsyan bunun səbəbini bəlkə də bilən yeganə adamdır”, - deyə erməni müəllif Artur Qahnapetyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın ailəsinin nəşri tərəfindən onun psixoloji sağlamlığı ilə bağlı şübhələrə toxunulması ilə dövriyyəyə yazıların buraxılması, ailəsindən ehtimal olunan qurban obrazının yaradılması səyləri onu göstərir ki, qorxunu neytrallaşdırmaq üçün mübarizə vasitələri arasında seçim edilməyəcək.

“Ancaq bundan əvvəl, Paşinyanların şikayətlənməsinə nə səbəb olduğunu başa düşməyə çalışaq. Kütləvi informasiya vasitələri Paşinyanların utancaq həyatı haqqında danışmağa “cəsarət edir” və davranışlarına yenidən baxmaq əvəzinə, onlar məlumat mənbəyini tapmağa çalışaraq medianı hədəf almağa başlayıblar. Yəni Paşinyan faktdan deyil, onun ictimailəşdirilməsindən narahatdır və mümkün təhlükələri zərərsizləşdirməyə çalışır. Burada bir ailənin dəbdəbəsindən söhbət getmir. Məsələn, Paşinyanın oğlunun orduda xidmətdə deyil, İrəvanda olduğunu və ya orduda olmaq əvəzinə pizza yediyini bilmək üçün hüquq-mühafizə orqanlarında xüsusi bir mənbəyə sahib olmaq lazım deyil - Ermənistan kiçik bir ölkədir, insanlar bir-birini tanıyır”, - deyə Qahnapetyan qeyd edib.

O bildirib ki, Paşinyan hökuməti “aktiv” vətəndaş imicini inkişaf etdirmək üçün heç bir səy göstərməyib, bildiklərinə dair, o cümlədən müxtəlif pozuntular barədə şəkil çəkməyə, qeyd etməyə və hesabat verməyə çağırış etməyib, ancaq ermənilər, o cümlədən onun övladlarının həyat tərzi barədə məlumat toplayır, foto çəkir.

Nəticə etibarilə problem Paşinyanın qorxu motivi də daxil olmaqla fərqlidir.

Siyasi araşdırmalara görə, bu gün Vanetsyanın reytinqi olduqca yüksəkdir, Vanetsyanın müntəzəmliyi artdıqca, onu qara təbliğat yolu ilə sələfləri ilə əlaqələndirmək cəhdləri istənilən nəticəni verməyib. Bütün bunlarla yanaşı problemin digər tərəfi də var, eyni ekspert mülahizəsi ilə həm peşəkar davranışı, həm də geniş məlumatlara sahib olması baxımından erməni Korado Kataninin xüsusiyyətlərini özündə birləşdirir.

“Burada məsələ ilk növbədə elə Paşinyanın əli ilə ictimai platformada Paşinyanlar ailəsinə aid məlumata sahib olmasına dair firkir formalaşdırılmasından yox, daha ciddi mövzular barəsində həyəcan təbili çalınır. Paşinyan Vanetsyanın malik olduğu informasiya bazasından qorxur. Elə buna görə də Vanetsyanın nüfuzuna xələl gətirmək üçün hər cür iş aparır. Bununla da, Paşinyan nə zaman və necə inqilab dəyərələrindən uzaqlaşmaqla, inqilab idealogiyasına xəyanət etməsinin ortaya çıxmasına dair bu informasiyaların ictimailəşməsinin qarşısını almağa çalışır. Əsəbi reaksiya verilməsi və qızını bu oyuna daxil etməsi bu faktların Paşinyan üçün xeyli əhəmiyyət daşıdığını göstərir. Razılaşın ki, heç də hər erməni kişisi, atası Paşinyan etdiyi kimi öz övladını siyasi hədəfə çevirməzdi. Demək nişangahda hətta təsəvvür edə bilməyəcəyimiz qədər daha əhəmiyyətli bir şey var. Bu da Vanetysanın həyatını təhlükə qarşısında qoyur. Erməni Korado Katani lazım olandan daha çox informasiyaya malikdir və məlum olur ki, lazım olandan daha çox prinsipialdır. Onu neytrallaşdırmaq vasitələri arasında isə Paşinyan seçim qoymur. Oyun kartına daha çox şey qoyulub”, - deyə erməni müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vanetsyan   Pşainyan   Böhran