" Çija " sözünə uyğun nəticə tapıldı!

"Çija" - (2 )

Balitkyanı və Ukraynada həyacan: Rusiyanın strateji nüvə sınaqları nəyə istiqamətlənib? – ANALİZ

2017/10/465727051345345345_1509342401.jpg
Oxunub: 7053     13:46     30 Oktyabr 2017    
2017-ci il oktyabrın 26-da Rusiya hərbçiləri atom sualtı gəmilərindən 3 ədəd qitələrarası ballistik raket, “Plisesk” kosmodromundan isə bir qanadlı raket buraxılışı həyata keçirdilər. Bu raket buraxılışları strateji nüvə qüvvələrinin idarəetmə təlimləri çərçivəsində həyata keçirilib. Təlimlərdə tapşırıqların yerinə yetirilməsi üçün əlavə olaraq Tu-160, Tu-95Ms və Tu-22M3 tipli uzaq aviasiya təyyarələri də cəlb olunub.

“Plisesk” dövlət sınaq kosmodromundan strateji təyinatlı raket qoşunlarının döyüş heyəti tərəfindən “Topol” qitələrarası ballistik raketin 2600 kilometr məsafədə yerləşən Kamçatkanın “Kura” poliqonundakı hədəfə zərbə endirilib. Sakit Okean Flotuna tərkibinə daxıl olan atom sualtı gəmisi tərəfindən Oxot dənizi akvatoriyasından Arxangelsk vilayətindəki “Çija” poliqonina iki zərbə, digər atom sualti gəmisi isə, Barens dənizi akvatoriyasından Kamçatkada yerləşən “Kura” poliqonuna bir zərbə endirb.



Təlimlərə cəlb olunan Tu-160, Tu-95MS, Tu-22M3 tipli uzaq avasiya təyyarələri “Ukrainka”, “Engels” və “Şaykovaya” hərbi baza aerodromlarından havalanaraq, Kura (Kamçatka), Pemboy (Komi Respublikası) və Terekta (Qazaxıstan) poliqonlarında yerləşən yerüstü hədəflərə qanadlı raketlərdən zərbələr endiriblər.

“Təlimlər Rusiya Silahlı Qüvvələrinin hazirlıq planına uyğun olaraq keçirilib.Təlim tapşırıqları tam həcmdə yerinə yetirilib, hədəflər məhv edilib. Təlimin məqsədlərinə nail olunub” – Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.



Son zamanlar, Rusiya hərbçılərinin Belarusiya ərazisində həmkarları ilə keçirdikləri “Qərb-2017”, Vladivostokda Hindistan Ordusu ilə “İndira-2017”, Kamçatkada dəniz piyada desantının hazırlanmayan sahilə çıxarılması, Baltik dənizi akvatoriyasında davamlı HDQ-nin müxtəlif təyinatlı təlimləri və sonda Ermənistan HHQ ilə Rusiya HKQ-nin “Baqramyan” və “Alagöz” hərbi aerodromlarında 25 təyyarənin iştirakı ilə həyata keçirilən təlimlər daxili, xarici və qonşu auditoriyaya hesablanan ismarıclar kimi qəbul edilməlidir.

Xarici ismarıc aydındır...

Birincisi, Rusiya güclü nüvə qalxanı, ballistik, qanadlı raketlərə malikdir. Bu qalxan Rusiyanın təhlükəsizliyi və bütövlüyünün qarantı hesab olunur. İkincisi, Rusiya təbii ki, öz sərhədlərinə yaxın ərazilərdə NATO-ya məxsus raketdən müdafiə sistemlərinin yerləşdirilməsini sakit müşahidə etmədiyindən xəbər verir. Daxil auditoriyaya gəldikdə isə, xalq ordunun gücünü və nüvə qalxanının hər zaman döyüşə hazır vəziyyətdə olduğunu görür.

Təbii ki, təlimlərin keçirilməsində digər məqsəd, Rusiyanın qonşularına öz gücünü nümayiş etdirməsi, regionda söz sahibi olduğunu göstərməsidir. Həm quruda, həm havada, həm də dənizdə əzələ nümayiş etdirən Rusiya qərb tərəfindən istənilən halda tənqid olunur. Bununla yanaşı, Rusiya tərəfi təlimlərdə Vyana konvensiyasinın tələblərini yerinə yetirir (cəlb olunan şəxsi heyət və texnika sayını məhdudlaşdırır, qonşu dövlətləri məlumatlandırır, müşahidəçıləri dəvət edir və s.). Təlimsiz ordunun şəxsi heyəti və yeni silahlarının real imkanlarını qiymətləndirmək mümkün deyil.

Bəs Qərb və NATO rəsmiləri nədən bu kimi məsələlərdə daha çox həssaslıq göstərirlər?



KİV-lərə verilən açıqlamaları diqqətlə izləsək, qərbin əsas ehtiyat etdiyi məsələ, Rusiyanın Avropa və Ukrayna sərhədlərində hər iki ildən bir keçirdiyi təlimlərdir. Bu il keçirilən təlimlərdə Rusiyadan Belorusiyaya göndəriləcək 12.000 nəfərlik hərbi kontingent üçün ( bu rəqəm Vyana konvensiyasının icazə verdiyi maksimum rəqəmdir) 4000 dəmiryol vaqonu və platforması sifariş olunması Qərbin ciddi narahatlığına səbəb olub. Bir çox Qərb və NATO rəsmiləri rus qoşunlarının Belorusiyaya bir tərəfli biletlə getdiyini, aparılan hərbi sursatların Ukraynadakı separatçı qüvvələr üçün nəzərdə tutulduğunu və hətta Ukraynaya və ya Baltikyanı ölkələrdən birinə daxil ola biləcəyini açıqladılar. Bu bəyanatları səsləndirənlər yəqin ki, Rusiyanın 2008-ci ildə keçirdiyi “Qafqaz-2008” kompaniyasını unutmayıblar.



5 gün davam edən “Sülhə məcbur etmə əməliyyatı” Gürcüstanın məğlubiyyətilə nəticələndi. Rusiyanın bəzən sözə baxmayan “qonşuları” cəzalandırmaq taktikasının, indi də Ukrayna və Baltikyanı dölətlərdə təzahür edə biləcəyindən ehtiyatlanan Qərb və ABŞ öncədən belə bəyanatlarla Rusiya haqqında mənfi ictimai fikir formalaşdırmağa və əks tədbirlər görməyə çalışır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Topol   Təlimlər   Nüvə   NATO