Ordu.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) rəsmi açıqlama yayıb.
Məlumata görə, əsas istehlakçı ölkələr İranla müharibə səbəbindən bazardan çıxmış Yaxın Şərq hasilatının gündəlik 11 milyon bareldən çox itkisinin təsirini azaltmaq üçün strateji ehtiyatlarını rekord sürətlə istifadə edirlər.
EIA-nın proqnozuna əsasən, cari ilin dekabrında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin ümumi neft ehtiyatları 2,3 milyard barel həddindən aşağı düşəcək.
ABŞ Energetika Nazirliyinin bu hesablaması qurumun baza ssenarisinə əsaslanır.
Həmin ssenariyə görə, Hörmüz boğazından keçən kommersiya gəmiçiliyi və tanker daşımaları münaqişədən əvvəlki səviyyəyə ən tez 2027-ci ilin əvvəlində qayıda bilər.
Qeyd olunur ki, ehtiyatların azalması qlobal enerji bazarlarında əlavə risklər yaradır və yaxın illərdə qiymət dalğalanmalarının davam etməsinə səbəb ola bilər.
Sevinc Əliyeva
Ordu.az