Ermənistanda ictimai fəal barəsində həbs qətimkan tədbiri seçilib

2026/06/1781034220.jpg
Oxunub: 159     23:39     09 İyun 2026    
Ermənistanda ictimai fəal Mika Badalyan barəsində həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, Mika Badalyana qarşı ictimai cinayət təqibi başlanılıb.

Komitə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.

Məhkəmə təqdim olunan vəsatəti təmin edərək Badalyanın həbsinə qərar verib.

Hazırda ona qarşı irəli sürülən ittihamların detalları açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Badalyan  


Bizi "telegram"da izləyin