Azərbaycanın Türkiyədən KAAN qırıcıları alacağı iddia olunur

2026/06/1780414667.jpg
Oxunub: 326     23:30     09 İyun 2026    
Azərbaycanın gələcəkdə Türkiyənin istehsal etdiyi KAAN qırıcılarını əldə etməyi planlaşdırdığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2035-ci ilə qədər TUSAŞ tərəfindən hazırlanan beşinci nəsil TFX/MMU KAAN qırıcısının əsas sifarişçiləri və sənaye tərəfdaşları sırasına 10-a yaxın dövlət daxil ola bilər.

Həmin ölkələr arasında Azərbaycanın, Pakistanın və Səudiyyə Ərəbistanının xüsusi yer tutacağı qeyd olunur.

Müdafiə sahəsi üzrə analitiklər və ixtisaslaşmış tədqiqat institutları yaxın onillikdə KAAN qırıcısından istifadə edə biləcək ölkələrin siyahısını hazırlayıblar.

Siyahıya layihə çərçivəsində komponentlərin birgə istehsalında iştirak edən, rəsmi sifariş verən, texnoloji investor qismində çıxış edən və ya proqramla bağlı dərin danışıqlar aparan ölkələr daxil edilib.

Məlumata görə, Azərbaycan həmin proqram çərçivəsində 2035-ci ilə qədər 20 KAAN qırıcısı əldə etməyi planlaşdırır.

Bildirilib ki, Türkiyənin yeni nəsil döyüş təyyarəsi proqramı gələcək illərdə bir sıra ölkələrin hərbi hava qüvvələrinin modernləşdirilməsində mühüm rol oynaya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   KAAN  


Bizi "telegram"da izləyin